İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapılıb - FOTO

12:23 12-01-2021 | icon 324 | Hadisə
İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapılıb - FOTO

Vətən müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb. Süleymanovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə və mediaya bildirsələr də, K.Süleymanovu tapmaq mümkün olmamışdı.

 

Kamal Süleymanovun yaxınları Trend-ə bildiriblər ki, ötən gün 25 yaşlı gəncin meyiti tapılıb.

 

Vətən müharibəsinin iştirakçısının meyiti digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüb.

 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib. O sonuncu dəfə dekabrın 31-də ailə üzvləri ilə danışaraq tərxis olunduğunu və yaxın vaxtlarda evə gələcəyini bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?