“Qalatasaray” növbəti mərhələyə “lotoreya” ilə adladı

08:57 13-01-2021 | icon 274 | İdman
“Qalatasaray” növbəti mərhələyə “lotoreya” ilə adladı

Türkiyə kubokunda 1/8 final mərhələsinə start verilib.

 

İlk oyun günündə üç qarşılaşma keçirilib.

 

Super Liqa təmsilçisi “Antalyaspor” aşağı liqada çıxış edən “Bursaspor”un qonağı olub. Elita təmsilçisi qarşılaşmanın taleyini ilk yarıdakı üç qolla həll edib.

 

Aşağı liqanın daha bir iştirakçısı “Adana Dəmirspor” “Sivasspor”a uduzub. Əlavə vaxtda vurulan top sivaslıları 1/4 finala keçirib.

 

Oyun gününə “Qalatasaray”ın matçı ilə yekun vurulub. “Sarı-qırmızılılar” “Yeni Malatyaspor”un qonağı olub. Əsas vaxtda hesab açılmayıb. Əlavə vaxtda hərəyə bir qol vuran komandalar oyunun taleyini penaltilər seriyasında müəyyənləşdiriblər. Uzun davam edən seriyada daha dəqiq olan “Qalatasaray” mərhələ adlayıb.

 

Qeyd edək ki, 1/8 final mərhələsinə yanvarın 14-də yekun vurulacaq.

 

Türkiyə kuboku
1/8 final
12 yanvar

“Bursaspor” – “Antalyaspor” – 0:3
Qollar: Özmert, 6 (pen.), Bayrakdar, 33, Yahoviç, 36

“Sivasspor” – “Adana Dəmirspor” – 2:1, əlavə vaxtda
Qollar:
 Yasin Öztekin, 37, Yatabare, 116 – Akgün, 43

“Yeni Malatyaspor” – “Qalatasaray” – 1:1, pen. 6:7
Qollar:
 Umut Bulut, 102 – Luindama, 120

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol