Qənirə Paşayeva qazi zabitimiz Abbas Yusifov və onun xanımı ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, leytenant Abbas Yusifov və onun xanımı ilə görüşüb.
Versus.Az xəbər verir ki, Qazi zabitimizi düşmən üzərində tarixi zəfər və bugünlərdə ailə həyatı qurması münasibəti ilə ürəkdən təbrik edən Qənirə Paşayeva ona möhkəm can sağlığı, ilk günlərini yaşadığımız yeni ildə yeni uğurlar diləyib:
“Siz uşaqlıqdan hərb sənətinə maraq göstərmisiz. Ermənistanın vəhşiliyini, müharibə kadrlarını yalnız televiziyalarda görməmiş, eləcə də, doğulduğunuz Qazax rayonunda baş verən atışmalarda da biləvasitə şahidi olmusuz. Siz Vətən Müharibəsində Tərtərdə, Suqovuşanda döyüşmüsüz, sentyabrın 30-da isə düşmənin basdırdığı minaya düşərək ayağınızdan ağır xəsarət almısız. Sizin “Biz döyüşlərə canımızı verməyə getmişdik, amma Vətən ayağımızı aldı” sözləriniz məşhurdur. Cənab Prezident Sizi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Siz müharibə dövründə nişanlı idiz. Artıq öz vəfalı nişanlınızla ailə həyatı qurmusuz. Sizi bir daha təbrik edir, gözəl xanımınızla birgə xoşbəxtlik arzulaylram”!
Q.Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu təqdim edib. Qazi və onun xanımı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"