Dəmir Yolu Vağzalında YENİLİK

15:35 13-01-2021 | icon 40 | Sosial
Dəmir Yolu Vağzalında YENİLİK

Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi yaradılacaq. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

 

Müasir texniki avadanlıqlarla təchiz ediləcək ərazidə ümumilikdə 160 ədəd nəqliyyat vasitəsinin parklanması nəzərdə tutulub. Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün 10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün ayrıca sahə ayrılacaq.

 

Vağzalın qarşısında yerləşən parklanma sahəsində işlər tamamlanmaq üzrədir. 3300 kvadrat metr sahəsi olan bu ərazi 85 nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Cəfər Cabbarlı heykəlinin arxasındakı 800 kvadrat metrlik ərazidə 30 nəqliyyat vasitəsi, Süleyman Rəhimov küçəsindəki 2800 kvadrat metrlik ərazidə isə 45 nəqliyyat vasitəsinin durması üçün şərait yaradılacaq.

 


Yeni parklanma sahələrində tariflər 1 saata qədər 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün 5 manat təşkil edəcək. Velosipedlərin parklanması üçün isə ödəniş tələb olunmayacaq. Ödənişlər xüsusi terminallar vasitəsilə, kart sistemi ilə həyata keçiriləcək.

 

Məlumdur ki, şəhərin “giriş qapısı” funksiyasını yerinə yetirən vağzal onun haqqında ilk təəssürat yaradır. Bu baxımdan Bakı Dəmir Yolu Vağzalındakı vəziyyət olduqca önəmlidir. Parklanma sahələrinin yaradılması vağzalın ətrafında indiyə qədər mövcud olmuş xaotik hərəkətin və tıxacların aradan qaldırılmasına səbəb olacaq.

 

Parklanma xidmətlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Əmlak” MMC göstərəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

"Vətən məni çağırsa, yenə getməyə hazıram"