Medianın inkişafı üçün hansı istiqamətlər müəyyən edilib?

16:50 13-01-2021 | icon 377 | KİV
Medianın inkişafı üçün hansı istiqamətlər müəyyən edilib?

Hazırda biz nizamnaməyə nəzər salsaq, orada nəzərdə əsas olaraq, dörd vəzifə və istiqamət görə bilərik. Bu, medianın inkişafına dəstək verilməsinin istiqamətlərini müəyyən etmiş olur.

 

Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

 

O bildirib ki, bunlardan biri konsultativ dəstəkdir:

 

“Medianın inkişafı üçün “konsultativ dəstək”, “maddi-texniki dəstək”, “təşkilati-texniki dəstək” nəzərdə tutulur. Hər birisini izah etməyə çalışsaq, görərik ki, məqsəd jurnalistlərin peşə və ixtisasının artırılmasına xidmət edəcək. Peşəkar jurnalistikanın formalaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində addımlar atılır. Medianın biznes modelə keçirilməsi üçün agentlik tərəfindən təşkilati dəstək göstəriləcək”.

 

Jurnalistlərin hansı formada peşəkar kadr kimi yetişdirilməsi ilə bağlı suala isə Ə.İsmayılov belə cavab verib:

 

“Jurnalistlərin peşəkarlıqlarının artırılması dedikdə, sözsüz ki, ixtisas artırılmasını xüsusi qeyd etməliyik. Bu istiqamətdə agentlik ilk növbədə bu peşəyə gəlmək istəyən şəxslərin peşə hazırlığı tədrisinin hazırlanmasına və təşkilinə dəstək göstərəcək. Digər məqam isə hazırda bu sahədə fəaliyyət göstərən jurnalistlərin ixtisaslarının artırılmasının təmin olunmasıdır. Bu ölkədə mövcud jurnalistlərin kadr potensialı ilə bağlıdır. Bütün bu prosedurlarda təbii ki, xaricdən də mütəxəssislərin cəlb olunması və tədris prosesində iştirakı nəzərdə tutulur. Eyni zamanda xaricdə yerləşən ali tədris və ya tədris müəssisələri ilə əlaqələrin qurulması nəzərdə tutulur. Bu çərçivədə jurnalistlərin xaricdə treninq keçmələrini təşkil edə bilərik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol