"Diqqəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətə cəlb edə bildik"

17:25 08-10-2018 | icon 78 | Gündəm
"Diqqəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətə cəlb edə bildik"

ATƏT Parlament Assambleyasının (PA) Bişkekdə keçirilən payız sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətə görə narahatlığımızı bildirdik, sessiya iştirakçılarının diqqətini problemin aktuallığına cəlb edə bildik.

 

Versus.Az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev qurumun iclasının yekunlarını şərh edərkən deyib.

 

A.Quliyev bildirib ki, ATƏT PA-da təmsil olunan Azərbaycan nümayəndə heyəti hər sessiyada maksimum dərəcədə aktivlik nümayiş etdirməyə çalışır, Azərbaycanın milli maraqlarına cavab verən məsələləri həm öz həmkarlarının diqqətinə çatdırır, həm də bununla bağlı ATƏT-də qərarların qəbul olunmasına çalışır:

 

“Bu baxımdan budəfəki sessiyada istisna olmadı. Burada müzakirə edilən məsələlər əsasən bölgəyə fokuslanmışdı və bölgənin, Mərkəzi Asiya ölkələrinin sülh və təhlükəsizliyinin təminatına və qlobal səviyyədə olan çağırışların və təhdidlərin aradan qaldırılması istiqamətində region ölkələri ilə əməkdaşlığa həsr olunmuşdu. Biz hər müzakirələr zamanı maksimum fəallıq nümayiş etdirməyə çalışdıq və Azərbaycanı maraqlandıran məsələləri təbii ki, gündəmə gətirdik. Şübhəsiz ki, bizim üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir və bununla bağlı mənim çıxışım da oldu”.

 

Onun sözlərinə görə, Ermənistan hər zaman çalışır ki, Dağlıq Qarabağla bağlı müzakirələrin qarşısı alınsın, çünki bu müzakirələrin aparılması onların marağında deyil:

 

“Sadə səbəb də ondan ibarətdir ki, hər dəfə müzakirələr zamanı biz Ermənistanın işğalçılıq mahiyyətini çılpaqlığı ilə qeyd edirik, ifşa edirik. Bizim hər çıxışımız ciddi arqumentlərə və faktlara söykənir. Biz beynəlxalq hüquq normalarına, münaqişə ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrə istinad edirik, Avropa Şurasının, ATƏT PA-nın qətnamələrinə istinad edirik. Ona görə bizim çıxışımız daha dolğun, ətraflı və əsaslı olur. Ancaq Ermənistan tərəfi heç bir arqumentə sahib deyil, bu baxımdan onların dedikləri nala-mıxa vurmaqdan başqa bir şey deyil və digər nümayəndə heyətləri tərəfindən gülünclə qarşılanır. Biz arqumentləri söyləyən zaman ermənilər çox aciz və çıxılmaz duruma düşürlər. Bu baxmdan da hesab edirəm ki, ATƏT PA-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumat var və ATƏT PA bizim mövqeyimizi qəbul edir, hörmətlə yanaşır və Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini anlayır”.

 

Cəsarət Pənahalıyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

AĞLAMA, QƏRƏNFİLİM…

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək

AXCP-çilər Şəhidlər Xiyabanını ziyarət ediblər

Yumurta İnstagram-da rekord vurdu

“Azərenerji” xüsusi rejimdə işləyəcək

Küləyin uçurduğu dayanacaq