Yaponiya qadağan edib

09:36 14-01-2021 | icon 284 | Dünya
Yaponiya qadağan edib

Yaponiya hökuməti xarici vətəndaşların ölkəyə girişini tamamilə dayandırıb.

 

NHK telekanalının məlumatına görə, bu yaxınlaradək 11 ölkə ilə miqrasiya güzəştləri haqqında qarşılıqlı razılaşma qüvvədə idi. Bu razılaşmalara əsasən, gündoğan ölkənin miqrasiya xidməti Sinqapur, Malayziya, Tailand, Vyetnam, Çin, Cənubi Koreya kimi bəzi dövlətlərin vətəndaşlarına, xüsusən də iş adamlarına giriş vizası verirdi. Lakin virusun yeni ştammının aşkar olunması səbəbindən dekabrın 28-dən etibarən güzəştli vizaların verilməsi də dayandırılıb.

 

Hazırda yalnız ölkə vətəndaşları və burada daimi yaşayış izni olan əcnəbi vətəndaşlar Yaponiya ərazisinə daxil ola bilirlər. Əgər qeyd olunan şəxslər virusun yeni növünün aşkar edildiyi ölkələrdən gəliblərsə, mütləq son 72 saat ərzində alınmış neqativ test cavabı haqqında sənəd təqdim etməlidirlər. Həmin şəxslər hava limanında bir daha test verməlidirlər.

 

Qeyd edək ki, Yaponiyada epidemioloji vəziyyət ötən ilin noyabr ayından etibarən ağırlaşıb. Yanvarda isə yoluxma pik həddinə çatıb. İndiyədək ölkədə 4 mindən çox şəxs ölümcül virusun qurbanı olub. Koronavirus xəstələrinin ümumi sayı isə 300 mini keçib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...