Hava şarındakı arzunu həyata keçirdi

09:45 14-01-2021 | icon 315 | Maraqlı
Hava şarındakı arzunu həyata keçirdi

Ovçu meşədə gəzərkən içərisində məktub olan şar tapıb. Kağızda dörd yaşlı ekiz bacıların Milad arzuları olub. Bunu oxuyan Luiziana sakini “elf” rolunda onları həyata keçirmək qərarına gəlib.

 

“People”nin məlumatına görə, nağıllara bənzəyən hadisə ştatın Grand Keyn məntəqəsinin yaxınlığında baş verib.

 

Məktubdan aydın olur ki, Luna və Canella bacıları Şaxta babaya məktubu 2020-ci ilin dekabr ayında yazıblar. Onlar şarın içinə şəkillərini də qoyublar.

 
 

Yanvar ayında ova çıxan Elvin Bamburq bu şarı tapıb. O, “Facebbok”da bununla bağlı paylaşdığı mesajında deyir:

 

“Nə vaxt göndərildiyini bilmək istərdim. Görünən budur ki, min kilometr məsafə qət edib”.

 

İstifadəçilərin köməyi ilə Flores-Qonzalez ailəsi tapılıb. Ovçu isə qızların xəyallarını reallaşdırmağa qərar verib.

 

Luna konfet, “Hörümçək Adam” topu, “Soyuq ürək” cizgi filminin qəhrəmanı olan gəlincik, küçük və “My Little Pony” oyuncağı, Canella isə konfet, stikerlər, çiçəklər, sırğalar və “My Little Pony” oyuncağı istəyib.

 

Uşaqların anası Letisiya Flores-Qonzalez “Facebook”da Luna və Canelleyə inanılmaz tapıntı barədə danışdığını və qızların indi Elvin adlı bir “elf”in “Santanın əlindən saldığı məktubu taparaq, onların arzusunu yerinə yetirdiyini” düşündüyünü deyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin