I sinfə getmək üçün 35 000 uşaq müraciət edib

15:47 01-03-2018 | icon 701 | Təhsil
I sinfə getmək üçün 35 000 uşaq müraciət edib

2018-2019-cu tədris ili üçün elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün indiyədək 35 000-ə yaxın sorğu yerləşdirilib.

Bu barədə versus.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur. B.Məmmədov deyib ki, hazırda I sinfə qəbulla bağlı elektron sistemin işində heç bir problem yoxdur və valideynlər asanlıqla sistemə daxil olaraq, sənəd qəbulu üçün müraciət də bilərlər.

Qeyd edək ki, Bakı şəhərində I sinfə qəbul üçün elektron sənədlərin qəbuluna fevralın 22-dən başlanılıb. Sentyabrın 15-dək davam edən qeydiyyat prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər.

Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu bu il ilk dəfə olaraq, elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı