Fransa səhvə görə Azərbaycandan üzr istədi - FOTOFAKT

12:00 14-01-2021 | icon 308 | İdman
Fransa səhvə görə Azərbaycandan üzr istədi - FOTOFAKT

Fransa Güləş Federasiyası Azərbaycanla bağlı səhvi düzəldib.

 

Versus.Az xəbərinə görə, 15-17 yanvar tarixlərində Fransanın Nitsa şəhərində 47-ci dəfə keçiriləcək güləş üzrə turnirdə Azərbaycanla bağlı səhvə yol verilib.

 

Belə ki, 1924-cü ildə Fransadakı Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qızıl medal qazanmış Anri Deqlanın şərəfinə keçirilən Qran Pridə təşkilatçılar iştirakçı Azərbaycanın bayrağını loqoda əks etdirməyib.

 

 

Bundan xəbər tutan Azərbaycan Güləş Federasiyası dərhal məsələyə reaksiya verib və bu barədə təşkilatçılara iradını bildirib. Nəticədə təşkilatçı olan Fransa Güləş Federasiyası səhvini düzəldərək, loqoya Azərbaycan bayrağını da əlavə edib.

 

 

Həmçinin təşkilatçılar “Facebook” hesablarında səhvin siyasətlə bağlı olmadığını bildiriblər və buna görə üzr istəyiblər.

 

 

Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə bu turnirdə 2019-cu ildə iştirak edib. Bu, komandamızın Fransa Qran Prisində yarışacağı ikinci turnir olacaq. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür