Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

18:12 14-01-2021 | icon 1292 | Cəmiyyət
Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

“İmişlinin bütün şəhidləri haqqında filim çəkməyə qərar verdik”

 

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin İmişlidə şəhid ailələri və qazilərimizlə görüşləri mütəmadi olaraq davam etdirilir. Ailələrlə görüşlər keçirilir, onların qayğıları ilə maraqlanır, problemlərinin həllinə çalışır. Deputatın köməkçiləri də Razi Nurullayevin tapşırığı üzrə bu yöndə görüşlər keçirir, yardımda bulunurlar.

 

Versus.Az xəbər verir ki, Razi Nurullayev hələ İkinci Qarabağ müharibəsi gedən zamandan İmişlidə sakinlərlə görüşür, gələn şəhidlərin dəfnində iştirak edir, şəhid ailələrinin yanında olurdu. 44 günlük Vətən Müharibəsindən sonra da bu görüşlər davam etməkdədir. Övladını itirmiş ailələr və qazilərimiz deputatlarıyla görüşdən təsəlli tapır, qayğılarını onunla bölüşməklə sanki azacıq da olsa yüngülləşirlər.

 

R.Nurullayev istər Milli Məclisdə çıxışlarında, istər sosial mediada paylaşımlarında, istərsə də mətbuata açıqlamalarında bildirir ki, bu həssas insanlara diqqət və qayğını gücləndirməliyik, onlara borcumuz əbədidir. Və deputat yalnız sözdə deyil, əməldə də bunu diqtə etməkdədir. R.Nurullayevin fəaliyyətini izləmək kifayətdir ki, onun daim seçicilərinin problemlərinin həlli, şəhid ailələri və qazilərimizin qayğıları ilə maraqlanıb həllinə çalışdığını görəsən. Deputatın bu yöndə fəaliyyəti ilə bağlı qısa xülasə edək:

 

R.Nurullayev müxtəlif tarixlərdə İmişlidə şəhid ailələri, qazilər və köməyə ehtiyacı olan insanlarla görüşür. Bu görüşlərin nəticəsi olaraq müəyyən problemlərin həllini misal çəkmək olar. Elə bu yaxınlarda millət vəkilinin təşəbbüsü ilə İkinci Qarabağ döyüşlərində böyük qəhramanlıq göstərən, ehtiyatda olan kapitan qazimiz Nəsimi Əliquluyevin yaşadığı küçəyə gedən avtomobil yolunu düzəltdirib. Qeyd edək ki, yol bərbad vəziyyətdə olduğundan avtomobil hərəkətinə mane olurdu. Yola daş-şeben tökülərək istifadəyə yararlı vəziyyətə salınıb. Orada yaşayan sakinlər sosial şəbəkələrdə deputatlarına təşəkkürlərini də ifadə etmişdilər.

 

İmişlidə şəhid ailələri ilə görüşlər bu gün də davam etdirilir. Şəhid İsmayılov Rəcəb Nəcəf oğlunun ailəsinə də baş çəkən R.Nurullayev onların qayğılarını dadinləyib. Qeyd edək ki, şəhid Rəcəb İsmayılov 2000-ci ildə İmişli rayonu, Əliqulular kəndində doğulub. Axırıncı döyüş yeri Qubadlı olub. İmişlidə itkin düşən iki nəfərdən biridir. Deputatla söhbətində şəhid atası dövlətdən razılığını bildirsə də, onu narazı salan səlahiyyətlilərdən haqlı olaraq şikayətlənib.

 

Deputat deyir ki, gərək aidiyyatı hərbi birləşmələr bu cür ürəyiyaralı ata və anaların kiçik də olsa ümid tələb etdiyi işığa kölgə salmasınlar: “Yəni deyir ki, filankəslə görüşüm, qardaşım, görüşün də, təsəlli verin. Generalı görmək istəyir, görsün də. Bizim üçün zərrə qədər görünən ümid onların gözündə dağ boydadır. Həqiqətləri bilsək belə, üzərində hökmümüz olmasa belə, o yaralı ürəklərə bacardığımız qədər məlhəm qoyaq”.

 

Deputatın görüşdüyü digər ailədə isə ana itkin əsgərimizin yolunu ümidlə gözləyir. Cavidan Məmmədli Valeh oğlu itkin düşənlər sırasındadır. Əsl azərbaycanlı mərdanalar kimi “şəhidanalarından artıq deyiləm ki, tə ki gözüm yığılsın” deyir. Amma Allahın möcüzəsinə də inanırıq və inanır.

 

 

İmişlinin Otuziki kəndindən xüsusitəyinatlı şəhid Quliyev Əli Tədbir oğlunun ailəsi ilə görüşü də xatırladan R.Nurullayev deyir ki, şəhidimizin qəhrəmanlığı haqqında xeyli söhbət olub görüş zamanı. “Həm atası Tədbir kişi, həm də anası Almaz xanım ləyaqətlə dayanır. Fəxr etdim onlarla” – deyir deputat.

 

R.Nurullayevin ziyarət etdiyi şəhid ailələrindən biri də Şəhid Məmmədli İsa Sarı oglunun ailəsidir. İsa 2002-ci ildə İmişli şəhərində dogulub. 15 noyabrda Laçın ərazisində şəhid olub.

R.Nurullayev şəhidin atası ilə söhbəti zamanı çox sakit olan bu adamın çarəsiz durumda olduğunu görüb. Ailənin evləri yaxşı olsa da, normal şərait qura bilməyiblər.

 

Deputatın dedikləri: “Atanın qulaqları da ağır eşidir. Hətta "Yaşat" fondunun gəldiyini belə yadında saxlamyıb. Fondla əlaqə qurduq. Ailənin şəraiti ilə bağlı məsələni daha tez həll edəcəklər. Qeyd edim ki, ümumiyyətlə, "Yaşat" fondunun olması çox böyük bir nailiyyətdir. Həm də "ASAN" xidmətin idarə etməsi operativlik baxımından üstünlükdür”.

 

Daha bir şəhidimiz Elçin İsmayılovun ailəsində də olan R.Nurullayev valideyinlərin söhbətində şəhidimizi yaxından tanıyıb. Öyrənib ki, Şəhid İsmayilov Elçin Mikayil oğlu 1991-ci ildə İmişli şəhərində anadan olub. Şuşa uğrunda döyüşlərdə, noyabrın 4-də şəhid olub. Şəhidimiz qəhrəmanlığına görə dörd medalla təltif edilib.

“Gözəl valideynləri var. Oğulları ilə fəxr edirlər. Vətən sağ olsun – deyir deputat.

 

R.Nurullayevin indiyədək bu cür görüşləri çox olub və davam etməkdədir.

 

R.Nurullayev onu da bəyan edib ki, İmişlidə bütün şəhidlər haqqında qısa filmlər çəkməyə qərarı verib və artıq çəkilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...