Komitə sədri şəhid Zülfüqar Abbasovun atası ilə görüşdü

10:46 15-01-2021 | icon 320 | Cəmiyyət
Komitə sədri şəhid Zülfüqar Abbasovun atası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Zülfüqar Abbasovun atası Bayram Cəfər oğlu Abbasovla görüşüb və "sizin kimi qəhrəman şəhid ailələrimizlə qürur duyuruq" deyib.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Zülfüqar Abbasovun atası Bayram Cəfər oğlu Abbasovla görüşüb, onu tarixi zəfər münasibəti il təbrik edib:

 

"Əziz Şəhid atası, Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Oğlunuz Zülfüqar Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. Oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib. Bu gün onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid valideynlərisiz. Əziz şəhid atası, Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, Yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm"!

 

Q.Pasayeva şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...