"“Onlayn” medianın reklam bazarının formalaşması o zaman baş tuta bilər ki...”

21:35 15-01-2021 | icon 320 | KİV
"“Onlayn” medianın reklam bazarının formalaşması o zaman baş tuta bilər ki...”

Murad Əliyev: "İlk növbədə media ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var"

 

"Media İnkişafı Agentliyinin yaranması Azərbaycan mətbuatında illərlə yığılan bir sıra problemlərin həll olunmasında öz müsbət rolunu oynayacağına inam hissi yaradır. İlk növbədə media ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bildirib.

 

Onun sözlərinə görə, hazırda qüvvədə olan “KİV haqqında”qanunda müasir internet mediası ilə bağlı müddəalara dair çox səthi məlumat verilib:

 

"Ümumiyyətlə, “onlayn” medianın özünü tənzimlənməsi üçün qanunvericilikdə ciddi şəkildə dəyişiklik olmalıdır. “KİV haqqında” qanunda bir yerdə göstərilib ki, internet üzərindən yazılan məlumatlar da KİV məhsuludur. Lakin bu çox ümumi yanaşmadır. “Onlayn” media qurumlarının qeydiyyatdan keçməsi, hansı prinsiplərlə fəaliyyət göstərməsi, hansı məsələlərdə məsuliyyət daşıdıqları və sair məsələlər daha aydın qeyd olunmalıdır. Qanunda "İnternet informasiya ehtiyatı" yazılıb, amma misal üçün, hansısa dövlət qurumunun saytı da internet informasiya ehtiyatıdır, 24 saat xəbər istehsalı ilə məşğul olan Report.az saytı da. Dövrümüzün əsas informasiya mənbəyinin “onlayn” media resursları olduğunu nəzərə alaraq, qanunun daha təkmil formaya gətirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, çap mediasından fərqli olaraq, “onlayn” mediada hər hansı məlumatın kopyalanması və istifadə olunması asandır. Bu gün həm mətn, həm foto, həm video kontentin heç bir icazə almadan, istinad edilmədən başqa saytlar tərəfindən istifadəsinin şahidi oluruq. Bu səbəbdən qanunvericilikdə müəllif hüquqları ilə bağlı məsələlər həllini tapsa, sonradan müvafiq cəza mexanizmləri də tətbiq etmək mümkün ola bilər. Misal üçün, Almaniyada hansısa saytın fotosunun digər sayt tərəfindən istinad yazılmadan dərc olunmasına görə 2000 avro cərimə nəzərdə tutulub”.

 

M.Əliyev hesab edir ki, "KİV haqqında" qanunda domen adları ilə bağlı çatışmazlıq da var. Onun fikrincə, qanunda domen adları ilə bağlı da müvafiq maddələr olmalıdır:

 

“Hazırda, hər hansı bir şəxs nüfuzlu media qurumunun adına bənzər bir domen alaraq, xəbər saytı yaradıb, hətta bəzən onun adından sui-istifadə də edə bilər. Burada da Avropa təcrübəsini əsas götürmək olar. Orada böyük media holdinqlərə məxsus domen adlarına oxşar domen adı ilə yeni KİV yaradılması qadağandır. Düzdür, heç kim sənin fəaliyyətini məhdudlaşdırmayacaq, amma müvafiq press vəsiqələrin alınması mümkünsüzdür. Həmin vəsiqələr də olmadan heç bir ciddi media statusuna malik deyilsən”.

 

M.Əliyev bildirib ki, bu gün bir sıra media ekspertlərinin fikirləri bir məsələdə üst-üstə düşür ki, “onlayn” və çap mətbuatının reklam bazarı genişləndirilməlidir:

 

“Lakin hesab edirəm ki, fundamental məsələlər öz həllini tapandan sonra Azərbaycanda “onlayn” medianın reklam bazarının da formalaşması baş tuta bilər”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı