"Bu, kifayət edən təcrübə deyildi"

21:48 15-01-2021 | icon 319 | KİV
"Bu, kifayət edən təcrübə deyildi"

Aydın Quliyev: "Media İnkişaf Agentliyi zamanın və bu sektorun həyati tələbidir"

 

"Hazırkı media islahatları və yeni dövlət qurumunun yaradılması ümumi islahatlar prosesinin tərkib hissəsidir. KİVDF 10 il bundan əvvəlki dövrün media çağlrışlarına cavab olaraq yaradılsa da, bu müddət ərzində baş verən dəyişikliklər onun platformasının köhnəldiyini və çağırışlara heç də tam cavab verə bilmədiyini göstərib".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

 

A.Quliyev qeyd edib ki, KİVDF yalnız çap medianın maliyələşməsini və bir qisim problemlərinin araşdırılması ilə məşqul olurdu. Bu, kifayət edən təcrübə deyildi və ölkənin ən geniş media qurumlarının maraqlarını və inkişafını əhatə edən daha səlahiyyətli bir dövlət qurumuna ehtiyac var idi:

 

"Ölkənin media sferası təkcə çap mediasından ibarət deyil. Audiovizual, çap, onlayn media, informasiya agentlikləri, bütün digər internet resurslarının fəaliyyəti dövlətin ciddi himayəsinə ehtiyac duyur. Ölkənin bütün media qurumlarının dövlətin dəstək mexanizmi altına alınması çox vacibdir. Onlayn media qurumlarının şəffaf maliyələşmə mexanizmlərindən kənarda qalması heç cür normal qəbul edilə bilməz və əslində ziyanlıdır”.

 

A.Quliyev bildirib ki, yeni Agentlik bütünlüklə media sektorunda gedən proseslərin innovativ texnologiyalara və iş üsullarına uyğunlaşdırılmasında müsbət rol oynamalıdı və oynayacaq:

 

“Agentlik medianın həqiqətən bütöv bir media industriyasına çevrilməsi missiyasini yerinı yetirməlidir. Çünki Media İnkişaf Agentliyinin yaradılması zamanın və bu sektorun həyati tələbidir”. /hafta.az/

 

SEVDA
Versus.Az

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU