Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb

22:39 15-01-2021 | icon 333 | Mədəniyyət
Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Şuşa rayon Mədəniyyət şöbəsinin rəhbəri, Fəxri mədəniyyət işçisi Zahid Abbasov, Şuşa rayon Dövlət Rəsm Qalareyasının direktoru, Əməkdar rəssam Rövşən Bayramov və Şuşa rayon Mədəniyyət işçiləri həmkarlar komitəsinin sədri Günay Rzayeva ilə Mədəniyyət Komitəsində görüşüb.

 
 
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva mədəniyyət işçilərini Şuşa şəhərinin də azad olunması ilə nəticələnmiş Vətən Müharibəsindəki tarixi zəfər münasibəti ilə bir daha təbrik edib, onlara uğurlar arzulayıb.
 
 
Görüşdə cənab Prezidentin Şuşanın Mədəniyyət Paytaxtı elan etməsindən irəli gələn məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Komitə sədri qeyd edib ki, cənab Prezidentin Şuşa haqqında dediyi tarixi sözlər, irəli sürdüyü fikirlər və konkret təkliflər hər bir mədəniyyət işçisinin, bütün əlaqədar qurum və quruluşların üzərinə mənəvi məsuliyyət qoyur:
 
 
“Özəlliklə, bu il ilki keçiriləcək “Xarıbülbül festivalı” və uzun fasilədən sonra bərpa edilən “Vaqif Poeziya Günləri”nə vaxt itirmədən hazırlaşmalıyıq. Biz də Mədəniyyət Komitəsi olaraq yanınızdayıq və inanıram ki, bu mühüm mədəniyyət tədbirlərini birgə yüksək səviyyədə keçirəcəyik”.
 
 
Mədəniyyət işçiləri səmimi görüş və ətraflı fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib və Əməkdar rəssam Rövşən Bayramovun müəllifi olduğu "Xurşudbanu Natəvan" portretini Komitəyə bağışlayıb.
 
Komitə sədri hər üç qonağa üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı hədiyyə edib.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür