“İlk Addım” xeyriyyə layihəsinə imza atıldı

11:05 10-10-2018 | icon 467 | Cəmiyyət
“İlk Addım” xeyriyyə layihəsinə imza atıldı

Hər zaman sosial və xeyriyyə məqsədli tədbirlərdə yaxından iştirak etməyə çalışan Hesab.az, “Turizm və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin yaradıcısı və hər kəsin yaxşı tanıdığı aşpaz Fərhad Aşurbəyli ilə birgə əməkdaşlıq əsasında “İlk Addım” layihəsinə imza atıb.

 

Layihənin əsas məqsədi maddi imkanı zəif olan və uşaq evlərində böyümüş aşpazlıq sahəsində həvəsli, istedadlı gənclərə dəstək olmaqdır. Bunun üçün seçilən gənclər də həmçinin eyni həyat şəraitində böyümüş və gələcək həyatları üçün verilən şansı dəyərləndirmək arzusunda olan gənclərdir. Onlar yığılan maddi yardım əsasında İstanbulda təşkil olunan aşpazlıq məktəbində sənəti profesional şəkildə öyrənib vətənə qayıtdıqları zaman işlə təmin olunacaqlar.

 

Bəzən həyat hər kəsə ədalətli davranmır və uşaqlıqlarını yaşamadan böyüməyə vadar edir. Maddi cəhətdən çətinlik çəkən uşaqlar erkən yaşlarından oxumaqdan imtina edirlər və işləməyə məcbur qalırlar. Onlar ali təhsilə, arzu etikləri peşə sahəsinə çatmaq üçün çalışmalı zamanlarında görməli olduqları maddi, mənəvi dəstəyi görə bilmirlər. İştirakçılardan biri olan Emil uşaq evində böyümüş və daha sonra ordan ayrılaraq işləməyə başlamışdır. Emilin hələ də arzularının gerçəkləşməsinə və gələcəyə ümidi var. O inanır ki, xeyirxah insanlar hələ də var və onların edə biləcəyi hər kömək Emil kimi bütün gənclərə cəsarət, güc verəcək.

 

Bu səbəbdən onlara verilən şansı dəyənləndirə bilsinlər, deyə bizlər onlara bu yolda əlimizdən gəldiyi qədər kömək etməliyik. Edilən bir kömək onları bir addım arzularına yaxınlaşdıracaq. Bəlkə onların çətin, köməyə ehtiyac duyduqları anlarda bundan xəbərsiz olmuşuq və edə biləcəyimiz nə varsa edə bilməmişik. Lakin indi bunun üçün bir fürsət yaranıb. Gəlin onlara Hesab.az-ın vasitəsilə “İlk addım”larında dəstək olaq.

 

Qeyd edək ki, edilən bütün yardımlar komissiyasız olaraq həyata keçiriləcək.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin