"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

10:47 16-01-2021 | icon 458 | Siyasət
"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

Fuad Əliyev: "Soydaşlarımızın qayıdış prosesi yekunlaşandan sonra ola bilər ki, birgəyaşayış olsun"

 

“Hesab edirəm ki, bu haqda danışmaq hələ tezdir. Və birgə yaşayışın mümkünsizliyi bizə görə yox, məhz ermənilərə görədir. İllər, əsrlər boyu ermənilər bizə, azərbaycanlılara və türklərə qarşı düşmənçilik mövqedə olublar. Uşaqları qondarma “erməni soyqırımı” kompleksinə aparıblar və bizlərə qarşı nifrət hislərilə böyüdüblər. Tarixi saxtakarlıq ediblər. Biz də 20 yanvar hadisələri, Xocalı soyqırımı, Qarabağda minlərlə şəhidimizi, 44 günlük müharibədə Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhalinin bombalanmasını unutmamışıq".

 

Versus.Az xəbər verir ki, bunu Qarabağda ermənilərlə birgə yaşayışla bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədrinin fikrincə, indi Ermənistanda bir ağıllı siyasətçi hakimiyyətə gəlməlidir ki, bu siyasətin yanlış olduğunu başa düşüb, Azərbaycan və Türkiyə ilə normal münasibət qursun:

 

"Bu, birinci növbədə onlara xeyir gətirəcək. Yeni bir nəsil gəlməlidir ki, bunu dərk etsin. Baxın, biz birinci Qarabağ müharibəsində uduzmuş bir halda çıxdıq. Hamımızda ruh düşgünliyi, inamsızlıq var idi. Çoxları deyirdilər ki, artıq “Qarabağı itirmişik, Qarabağ bizim deyil” və sair. Bir nəsil dəyişdi, yeni bir gənc nəsil gəldi. Belə bir fikir formalaşmışdır ki, bu gənclərə Qarabağ lazım deyil, bu gənclər başqa ruhda böyuyurlər. Amma gördüz ki, tam əksinə oldu. Gənclərimiz vətənpərvər ruhda böyüdülər və Qarabağı işğaldan azad olunmasını bir yolda görürdilər. Bu yol muharibə yolu idi. Və 44 gün ərzində gənclərimiz Qarabağı azad etdilər. Biz torpaqlarımızı azad etdik. Vətəni sevən gənclərin hesabına. Allah rəhmət etsin şəhidlərimizə, qazilərə Allah şəfa versin. Hamısı bizim fəxrimizdir".

 

Fuad Əliyev qeyd edib ki, indi Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır. Onun sözlərinə görə, bu, bir gün ərzində olan deyil:

 

"Aylar, illər keçməlidir ki, biz ermənilərlə, ola bilər, birgə yaşayaq. Müəyyən bir müdət lazımdır. Bizim soydaşlarımız Qarabağa qayitmalıdırlar, dövlət strukturları orda regional təşkilatları açmalıdırlar, fəaliyyətə başlamalıdırlar. Misal üçün, Xankəndində statistikaya görə 20 min azərbaycanlı yaşayıb, indi ola bilər 30 min qayıtmalıdır. Bu qayıdış prosesi yekunlaşandan sonra ola bilər ki, birgəyaşayış olsun, amma buna vaxt lazımdır”. /hurriyet tv/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI