Himnimizə münasibət – FLƏŞMOB

11:58 10-10-2018 | icon 1252 | Cəmiyyət
Himnimizə münasibət – FLƏŞMOB

 

ALDP Gənclər təşkilatı, Yeni Dalğa təşkilatı, Gənc Tağıyevçilər Cəmiyyəti və Versus İnformasiya Agentliyinin birgə layihəsi

 

 

...Sənə bir sualım olacaq: dövlət himnini eşidəndə ilk reaksiyan nə olub?.. Yaxud gözlmədiyin halda, yəni ənənəvi olan hər hansı tədbirdə deyil, adi vaxtda lap yaxınında səslənən himni eşidib nə etmisən? Yeriyərkən ayaq saxlayırsanmı? Heç həmin an, sənə mənəvi qida və güc verən müsiqinin keşiyində duran əsgər kimi onu salamlayıb, qürur hissi ilə addımlamısanmı?

 

Hətta kafeda belə, oturub yemək yeyərkən ruhən azad bir vətəndaş kimi, ayağa qalxıb ONU salamladınmı? Küçədə o səsin sədasına dayandınmı heç? Əlini ürəyinin üstünə qoyub sonuna qədər himni dinlədin, zümzümə etdinmi?

 

Bəlkə də heç bir hiss-həyəcan yaşamadan biganə şəkildə keçib getdin, məişət dolu sosial həyatından başını qaldıra bimədin.

 

 

Yəqin ki, bu sualların cavabını özün daha yaxşı bilirsən. Bəhanə edəcəksən ki, qınanmaqdan çəkindin, utandın, nədənsə qorxdun və yaxud özünə sığışdırmadın və...sən bütün bunların fonunda özünün necə bir vətəndaş olduğunu görə bildinmi?..

 

Sən “Vətən özündən başlayır” ifadəsini təhlil etsən, bu gözləmədiyin testlərdən keçib kim olduğunu anlaya bildinmi?..

 

Keçirdiyimiz FLƏŞMOB bir çox gerçəkliyi və Azərbaycanın sosial insanının öz atributuna münasibətini ortaya qoydu. Himnə qarşı soyuqqanlı münasibət xoş təəssürat yaratmasa da, onu biz də müşahidə etdik.

 

Bir qrup gənclə bir arada paytaxt əhalisinin sıx olduğu, daha elit sayılan yerində heç kimin gözləmədiyi bir sosial kampaniya apardıq. “Fantanlar bağı”nın bir neçə yerində, “Malakan” bağında Azərbaycanın Dövlət Himnini səsləndirdik. Himni eşidib səsə tərəf çevrilənlər də oldu, baxışları ilə bu səsin hardan gəldiyini axtarıb qarşılaşdıqları mənzərəyə təəccüb edənlər, himnin sədaları altında düşünmədən anındaca yerində dayanıb, mahnını oxumağa başlayanlar da oldu...

Lakin gəzintiyə çıxan bir çoxluq da var idi ki, əhəmiyyət vermədən ötüb keçirdi...

 

... ALDP Gənclər təşkilatı, Yeni Dalğa təşkilatı, Gənc Tağıyevçilər Cəmiyyəti və Versus İnformasiya Agentliyinin birgə təşəbbüsü ilə keçirilən bu FLƏŞMOBda diqqətimizi çəkən təsirli nüanslar da var idi. Bizi qürurlandıran onalar idi...

 

...Küçə ilə gedərkən öz nəvəsinin əlindən tutan qadının səsə yaxın gələrək övladı ilə birgə əlini sinəsinə qoyub qürurla dayanması, hərəkət edən gənclərin dayanıb farağat formasını alması, bağda istirahət edən yaşlıların, dərs çalışan məktəbli yeniyetmələrin, gənclərin və bağça uşaqlarının üzünü səsə tərəf çevirərək, bir neçə dəqiqəlik fəxarətli görkəm almaları doğurdan da gözəl mənzərə idi.

 

...Himn səsinə qürurlanıb, amm sadəcə, bəlkə də dayanmağa utanıb ötüb keçənlər də oldular. Bu da onunla əlaqəlidir ki, insanlarımız bu cür təbliğat kampaniyalarına alışmayıblar və bu istiqamətdə aparılan təbliğat zəifdir...

 

...Bu FLƏŞMOB-da post-patrul xidmətlərinin çeviklərinin himni eşidərək bizə yaxınlaşması, əmr gözləyən əsgər kimi yanımızda dayanmaları və bu səsdən qürur duyduqlarını ifadə etmələri də bizdə xoş təəssürat yaradan anlardan idi.

 

...O gün paytaxt sakinlərini gözlmədikləri anda Azərbaycan Dövlət Himni ilə salamladıq. Bu Fləşmob çox şeyləri ifadə etdi. Bir daha əmin olduq ki, dövlətin atributlarını öz vətəndaşına sevdirmək qarşımızda dayanan bir tələbdir və bunun üçün nə gərəkirsə, edilməlidir. Bu istiqamətdə təbliğat işləri aparılmalıdır ki, insanlarımız hətta evində belə himn çalınan zaman ayağa durub onu alqışlamağı da özünün həyatının bir hissəsi, vəzifəsi kimi dərk edə bilsin...

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür