"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

10:26 18-01-2021 | icon 278 | Siyasət
"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

Fuad Əliyev: "Neft gəlirləri düzgün istiqamətə yönəldilməlidir"

 

Bu günlərdə "Reuters" agentliyi Mərkəzi Bankın yeni binasının inşası üçün 218 milyon avro vəsaitin ayrılması ilə bağlı məlumat yaydı. Bu xəbər Azərbaycan ictimaiyyətində müsbət qarşılanmadı.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev vurğulayıb ki, buna reaksiya vermək mütləq lazımdır:

 

"İndiki vəziyyətdə, pandemiya dövründə belə lazımsız xərclər etmək olmaz. Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi. Nazirliklərə, dövlət idarələrinə yeni binaların tikilməsi niyə lazımdır? SOCAR-ın binası var idi, onun üçün yeni bina tikildi, Ekologiya Nazirliyinin binası ola-ola, yeni bina tikildi. Yeni binaların tikilməsinə yüz millionlarla pul xərclənib. İndi neftin qiyməti yenə də qalxır. Əldə olunan gəlirlər, tikinti üçün şişirdilmiş xərclərlə həyata keçir. Sonra da bu milyonlara ciblərə gedir".

 

Fuad Əliyev qeyd edib ki, neft gəlirləri düzgün istiqamətə yönəldilməlidir:

 

"Nə qədər az təqaüd alanlar var, onlara kömək etmək lazımdır. Müəllimlərin, həkimlərin maaşlarını qaldırmaq lazımdır. Bu problemləri həll etmək lazımdır. Büdcəmiz hər bir vətəndaşın bir manat da olsa pulu ilə formallaşır. Nəinki pandemiya dövründə, ümumiyyətlə, indiki vaxtda belə lazımsız xərclər etmək olmaz. Buna ciddi nəzarət etmək lazımdır. Mən bir neçə dəfə təklif vermişəm ki, prezidentin yanında İctimai Şura yaradılsın. Ora siyasi partiyalar, mətbuat, ictimai xadimlər təmsil olunsunlar və cəmiyyəti narahat edən bu tipli məsələləri dövlət başçısına çatdırsınlar. Büdcə xərclərinə ictimai nəzarət mütləq lazımdır”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF