Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

18:34 10-10-2018 | icon 703 | Siyasət
Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib


Qənirə Paşayeva: “Suallarım çox mühüm məsələlərdən biri olan mədəniyyətlərarası dialoqla bağlıdır”

 

 

 

AŞPA Nazirlər Komitəsinin sədri, Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buric AŞPA-da geniş çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.

 

Versus.Az-ın məlumatına görə, AŞPA-nın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupu adına sualı millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nnümayəndə heyətinin üzvü Qənirə Paşayeva verib. O, bu gün Avropada artan İslaamafobiya, ksenofobiya fonunda vacib məsələ olan mədəniyyətlərarası, dinlərarası diqloqla bağlı sualını ünvanlayıb və Nazirlər Komitəsinin bu məsələlərlə bağlı gördüyü və atacağı addımlarla bağlı fikirlər bilrdirməsini istəyib:

 

Suallarım çox mühüm məsələlərdən biri olan mədəniyyətlərarası dialoqla bağlıdır. Avropa Şurası ərazisində mədəniyyətlərarası dialoqun aparılması üçün siyasətin əsasını hansı dəyərlərin təşkil etməsi vacibdir? "Yeni dəyərlər"ə ehtiyac varmı? Mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyətlərə maksimum təsiri əldə etmək məqsədilə Avropa Şurası başqa beynəlxalq təşkilatlar ilə necə əməkdaşlıq etməlidir?”


Sualın cavabında Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buric bildirib ki, o çıxışında da bu məsələyə geniş yer ayırdı çünki bu bütün Avropa üçün çox önəmli bir mövzudur:

 

“Ona görə bir daha vurğulamaq istəyirəm ki, özəlliklə üzv ölkələrdə bu mövzuya geniş yer verilməlidir. Təhsil vasitəsi ilə, gənclərlə bu mövzuda daha geniş iş aparmaqla, mədəniyyət vasitəsi ilə. Mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir və həm Avropa Şurası təşkilatları, həm də üzv ölkələrdə bu mövzu daim diqqətdə olmalıdır”.

 

Çıxışdan sonra millət vəkili Q.Paşayevanın Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buriclə qısa görüşü də olub. Xanım Buriç ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinin məminiyyətverici olduğunu və buna önəm verdiklərini deyib. Q.Paşayeva da bildirib ki Azərbaycan bütün istiqamətlərdə Xorvatiya ilə əməkdaşlığın inkişafında maraqlıdır və Azərbaycan prezidentinin rəhbərliyi ilə bu istiqamətdə bir çox addımlar atılır. Parlamentləarası Əməkdaşlığın da genişləndiyini vurğulayan millət vəkili Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi böyük önəmi xüsusi vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu