Yaqub Zurufçudan “musiqi abidəsi”

13:15 18-01-2021 | icon 251 | Mədəniyyət
Yaqub Zurufçudan “musiqi abidəsi”

Güneyli-quzeyli Azərbaycanımızın görkəmli, vətənpərvər oğlu Yaqub Zurufçu xalqımızın hələ 1988-ci ildən başladığı azadlıq çarpışmalarının, Qarabağ uğrunda haqq döyüşlərinin ön sıralarında olmuş, “Ayrılıq” və digər vətənpərvər mahnıları ilə öz mübariz səsini xalqın səsinə qatmış, Vətənimizin xoş günlərinin çarçısı olmuşdur. Böyük el məhəbbəti qazanmış ustad müğənni ötən illərdə olduğu kimi, 44 günlük Vətən müharibəsinin ilk günlərindən də Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə uğurlu döyüşlər aparan Milli Ordumuzun igidlərinə xeyir-dua diləmiş, 30 ilə qədər işğal altında qalmış hər kəndimiz, şəhərimiz düşməndən azad edildikcə sevincindən göz yaşlarını saxlaya bilməmiş, xalqımızın böyük, müqəddəs Qələbəsinə sonsuz inam bəsləmişdir.

 


Lakin möhtəşəm zəfərimizə aparan yollarda “can Vətən!” deyib, qorxu bilmədən, mərdliklə, qəhrəmancasına  vuruşaraq şəhid olmuş hər bir döyüşçümüzün, onların doğmalarının kədəri Yaqub bəyin də qəlbində ağır bir daşa çevrilmişdi. Və o, öz qəlbinin və şəhid analarının ürəklərinə az da olsa, məlhəm qoymaq istəyilə neçə vaxt idi ki, üzərində çalışdığı həzin, kövrək bir mahnı bəstələyərək, şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı möhtəşəm bir “musiqi abidəsi” ucaldıb. Mahnıda ülvi duyğular üzərində köklənərək, rəmzi şəkildə səslənən musiqili ana-oğul dialoqu sanki əbədiyyət, ilahi bir bəşər sevgisinin nümunəsidir. Mahnının sədaları və Yaqub bəyin qəlbləri ehtizaza gətirən həzin, kövrək ifası həm bir də heç vaxt üzünü görə bilməyəcəyi, boynuna qol salıb, üz-gözündən öpə bilməyəcəyi övlad üçün laylay kimi səslənən müqəddəs ana kədərini, həm də ruhu göylərdə, uğrunda canından keçdiyi Vətən səmasında indi rahat dolaşan şəhidin qürur və sevincini bütün dolğunluğu ilə çatdırır dinləyiciyə.

 


Şəhid analarının qəlbinə az da olsa təsəlli olacaq bu qəhrəmanlıq elegiyası mahnını kövrək duyğular üzərində bəstələyərək, həm də həzin bir tərzdə, Vətən uğrunda canlarından keçmiş  igid Azərbaycan oğullarına sonsuz  məhəbbətlə ifa edən sevimli sənətkarımız Yaqub Zurufçunun və mahnının ürək titrədən sözlərinin müəllifi Solmaz xanım Şirvanlılnın şəhidlərimizin ölməz ruhuna böyük, əbədi ehtiramlarının ifadəsidir. /modern.az/

 

/Aşağıda mahnını və onun sözlərini təqdim edirik/

  

Ağlama, anam, mənə...

 

Mən səni əlllərimlə
Haqq yoluna saldım,
Sənin xəyallarınla,
Baş-basa qaldım.

 

Necə də xoşbaxt idim
Nəfəsini duyunca.
Qulağım səsdədir
Qarabağ boyunca.

 

Bir gün acı xəbəri
Gətirdilər mənə,
Sənin qanlı nəşini
Yetirdilər mənə...

 

İndi yuxularıma
Qonaq gəlirsən,
Əynində qanlı köynək  
Bağrımı dəlirsən.

 

Ana, haqqını bağışla, 
Alnını açıq saxla,
Məni yerlərdə deyil,
Səmalarda soraqla.

 

Ağlama gəl, ay ana,
Axı mən ölməmişəm,
Vətənimi, elimi
Özgəyə bölməmişəm.

 

Ana, mən zirvələrin
Zirvəsindəyəm.
Ucadır şəhid adım,
Könüllərdə diriyəm.

 

Ağlama, anam,  mənə,
Röyalarda  gələcəm,
Boynuna gül dolayıb,
Göz yaşını siləcəm!..

 

/Solmaz Şirvanlı/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF