"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"

19:47 18-01-2021 | icon 699 | Geopolitika
"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"

Məhəmməd Əsədullazadə: "Gümrüdəki Rusiyanın "102"-ci bazası döyüş hazırlığına gətirilib"

 
 

Türkiyə- Azərbaycan birgə hərbi təlimləri, yeni post-müharibə dövründə hər iki ölkənin yeni siyasi -hərbi çağrışlara hazır olmasının mesajıdır. Qarsda keçirilən "Qış-21" kod adlı bu təlimə Azərbaycan ilk dəfə böyük kolonla zirehli texnikaların iştirakı ilə öz sərhədlərindən kənar iki ölkə ilə birgə ilk təlimidi . Bu, Azərbaycan ordusunun artıq beyləxlaq səviyyədə güclənməsinin göstəricisidir.

 
 
Versus.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə şərh verib.
 
 
Politoloq bildirib ki, bu kimi təlimlərin davam etməsi, gələcək perspektivdə Türkiyə - Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq.
 
 
"Bundan sonra Azərbaycan ordusu Türkiyə qoşunları tərkibində NATO təlimlərinə də cəlb oluna bilər. Bununla yanaşı Azərbaycan ordusu Türkiyə, NATO standartalarına keçəcək".
 
 
M.Əsədullazadənin fikrincə, regionda yeni bir siyasi-hərbi nizam formalaşır. Hər iki qardaş ölkə öz hərbi qüvvələrini kordinasiya edərək, əzələ nümayiş etdirir.
 
 
"Azərbayacana qarşı təzyiqlərin qaşısı alınacaq, xüsusilə Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda müəyyən hissəsində öz fəaliyyətlərində korrektlər etməyə gətirib çıxaracaq.
Qarsda keçirilən təlimlər Ermənistanı ciddi narahat etməklə, Gümrüdəki Rusiyanın "102"-ci bazası döyüş hazırlığına gətirilib".
 
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı