"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

10:57 19-01-2021 | icon 296 | Siyasət
"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

Fuad Əliyev: "G-20 toplantısında iştrakımız iqtisadi baxımdan əhəmiyyətli olacaq"

 

Azərbaycan Romada keçiriləcək “Böyük iyirmilik” (G-20) ölkələrinin zirvə görüşünə dəvət edilib. Tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb. İtaliyanın sədrliyində “İnsanlar, Planet, Rifah” deyə üç başlıqla ifadə olunan ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.

 

Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bunun Azərbaycan üçün iqtisadi baxımdan çox əhəmiyyətli olacağını bildirib:

 

“Azərbaycan Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə toplantısına dəvət edildi. G-20 dəvət Azərbaycan üçün daha bir tarixi qələbədir. Vətən-İkinci Qarabağ müharibəsinin və düzgün yürüdülən siyasətin uğurlu nəticəsidir. Bu onu göstərir ki, siyasi və hərbi gücümüzü artıq bütün dünya qəbul edir. Azərbaycan regionun aparıcı ölkəyə çevrilib. G-20 toplantısında iştrakımız iqtisadi baxımdan əhəmiyyətli olacaq. Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevriləcək”.

 

Qeyd edək ki, G-20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, habelə Avropa İttifaqıdır.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür