Laçına qayıdışın sevinci və oradakı məmur NARAZILIĞI

14:00 29-08-2023 | icon 1011 | Siyasət
Laçına qayıdışın sevinci və oradakı məmur NARAZILIĞI

Könül İsmayılova: “Sanki bilərəkdən sakinlərin narazı salınmasına şərait yaradırlar”

 

“Yenilənmiş Laçına bu gün öz sakinləri ilə yenidən həyat gəlib. Azərbaycan Prezidentinin göstərişi ilə insanlarımızın rahat yaşamına uyğun şərait yaradılır, işlər sürətli aparılır. Təəssüflər olsun ki, ölkə başçısının gördüyü işlərə kölgə salanlar hələ də mövcuddur”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışını şərh edərkən bildirib.

 

 

Ölkə başçısının İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı fikirlərinə diqqət çəkən Könül İsmayılova laçınlıların 31 ildən sonra doğma yurdlarına qayıdarkən gördükləri gözəllşmiş Laçının hazırkı durumunun heç də asan başa gəlmədiyini vurğulayıb:

 

“Əsas olan budur ki, möhtəşəm qayıdışımız Prezidentin göstərişi əsasında qaydasında aparılır. Tamamilə təzədən tikilmiş evlərinə qayıdan insanlarımız cənab Prezidentin də qeyd etdiyi kimi, bundan sonra öz vətənlərində qürur hissi ilə yaşayacaqlar. Bu gün daxildə çaşqınlıq yaratmaq istəyənlər fikir formalaşdırırlar ki, ermənilər onların Laçında, yaxud işğaldan azad etdiyimiz digər ərazilərimizdə rahat yaşamalarına imkan verməyəcək, yenə ölüm-itim olacaq və sair. Amma belə bir narahatlıq keçirən laçınlı görmürəm. Əksinə, doğma yurduna köçüb oradan ermənilərə mesaj edirlər ki, qorxun bizdən, biz o gördüyünüz Rusiyadan asılı, ordusuz, silahsız, güvənsiz insanlar deyilik və artıq bu torpağa sahib çıxırıq. Diqət edirsinizsə, ermənilər Laçına hər köç karvanı zamanı sərhəddə ordumuzun bölmələrini atəşə tutur, sərhəddə müəyyən təxribatlara əl atırlar. Sanki insanlarımızı qorxutmaq istəyirlər. Amma Laçında sakinlərin sayının hər dəfə bir az daha artması onların bu gülünc taktiklarına tutarlı cavabdır”.

 

K.İsmayılova bildirdi ki, Azərbaycan Ermənistana, onun havadarlarına, bütün dünyaya öz gücünü Ermənistanı necə 44 gün ərzində məğlub etməsi ilə göstərib:

 

“Son 8 ay ərzində isə Laçın yenidən quruldu və bu yöndə işlər davam etdirilir. Bununla da sübut etmiş oluruq ki, bu torpaqların sahibləri bizik. Dünya şahid olur ki, 30 il işğalda qalan, ermənilər tərəfindən dağıdılıb yerlə yeksan olan torpaqlarımız necə sürətlə dirçəlir”.

 

K.İsmayılova təəssüflə vurğuladı ki, Prezident İlham Əliyevin dəfələrlə məmurlarımıza xəbərdarlıqlarına, tapşırıqlarına baxmayaraq, yenə özbaşınalıq höküm sürür. Onun sözlərinə görə, çox keçməz ki, bu özbaşına məmurlara da növbə çatacaq:

 

“Biz hər zaman prezidentimizin yanındayıq, daim də yanında olacağıq. Cənab prezident Qarabağda az qala dünyanı mat qoyan işlər görür, Laçındakı bəzi səlahiyyətlilər bu işlərin üzərinə kölgə salırlar. Çox şikayətlər var. Ya vəzifələrini düzgün icra edə bilmirlər, ya da bilərəkdən sakinlərin narazı salınmasına şərait yaradırlar. Prezidentin humanisliyindən, sadəliyindən, insanlara sevgi və qayğısından nümunə götürsünlər. Prezident öz xalqına bu qədər əlçatan olduğu halda məmurlar niyə özlərini əlçatmaz edirlər anlamıram. Cənab Prezident “Mən hər bir azərbaycanlının prezidentiyəm” deyir, amma bu məmurlar xalqın məmuru olmaq istəmirlər. Elə ona görə də camaat arasında “Laçına haqqı olmayanlar Laçında at oynadırlar” kimi əsəbi fikirlər formalaşır.

Təbii ki, bu da uzun çəkmiyəcək. Ümid edirəm ki, onlar layiq olmadıqları o kürsüdən tezliklə kənrlaşdırılacaqlar. Belə olmasa narazı insanlarımızın sayı artacaq. Bu isə düşmənlərimizi çox sevndirəcək. Üzümü o məmurlara tutub deyirəm ki, gəlin düşmənlərimizi sevindirməyək. Gəlin 31 il vətən həsrəti çəkən bu insanlarımızı incitməyək. Bu torpaqlarda qanı tökülən şəhidlərimizin ruhu da sizi bağışlamaz. Prezidentimizdən nümunə götürün”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI