Axmaq “TIR” şousu yaradan ermənilər

15:40 08-03-2023 | icon 541 | Siyasət
Axmaq “TIR” şousu yaradan ermənilər

Könül İsmayılova: "Azərbaycan dövlət suverenliyinin təhlükəsizliyi ilə bağlı mövqeyində qətidir"

 

"Yaxın 30 il ərzində Azərbaycan torpaqlarında işğal siyasəti, soyqırımlar törədən, milyondan çox insanımzı vandal davranışları ilə yurdundan didərgin salan, 500 min azərbaycanlını tarixi İrəvan, Zəngəzur, Göyçə, Vedibasar və sair Qərbi Azəbaycan ərazilərindən çıxmağa məcbur edən, Azərbaycanın milli-mənəvi, maddi-tarixini məhv edən, insanlarmızı qətlə yetirən cinayətkar Ermənistan öz əməlinə görə beynəlxalq məhkəmədə cavab verməklə bağlı narahatlıq keçirmək əvəzinə, bu gün bu məğlub durumu ilə Azərbaycan torpaqları üzərində olmayan haqqını istəyir".

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibəsini şərh edərkən bildirib.

 

K.İsmayılova vurğulayıb ki, 2020-ci il 10 noyabr sazişinə əsasən kapitulyasiyaya imza atan Ermənistan həmin sənədə əsasən öhtəliklərini yerinə yetirib silahlı dəstələrini ərazilərimizdən çıxarmayıb. Belə ki sülh müqaviləsi bağlamağı deyil, yenidən ərazilərimizə yerləşmək üçün oyunlar çıxarır:

 

"Üstəlik sərhədlərimizi guya “humanitar yük” dolu olan TIR-larla yenidən ayaqlayıb keçməyə cəhd edir. Ən təəssüf doğuran məsələ isə xarici qurumların guya “humanizmə dəstək” adı ilə Azərbaycanın Laçın sərhədi yaxınlığında absurd, axmaq “TIR” şousu yaradan ermənilərə dəstək çıxışlarıdır".

 

K.İsmayılova qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsi yönündə kifayət qədər konstruktiv addımlar atır. Onun sözlərinə görə, Ermənistanın törətdiyi cinayətlərə və son müharibədə kapitulyasiya aktina imza atmasına baxmayaraq yenə də regionda sülhün bərpa edilməsi üçün sülh təşəbbüsləri ilə çıxış edir. Azərbaycan dövlət suverenliyinin təhlükəsziliyi ilə bağlı mövqeyində qətidir və bu, ölkə prezidentinin Vətən müharibəsindən sonra etdiyi bütün çıxışlarında yer alıb. Prezident son Qlobal Şuşa Forumu çrçivəsində xarici televiziyalara verdiyi müsahibədə bir daha bəyan etdi ki,

 

“2020-ci ildə Azərbaycan Vətən Müharibəsində üçtərəfli sazişə imza atmaqla humanistlik edərək Ermənistan hərbi birləşmələrinin başını sona qədər əzmədən onu Kapitulyasiyaya imza atmağa məcbur etdi. Amma bu separatçı ölkə öhtəliklərini yerinə yetirib öz hərbi qüvvələrini geri çəkmir. Bu məğlub işğalçı dövlətin hansı haqqa, hüquqa söykənərək Azərbaycan ərazisində yaşayan azsaylı ermənilərə “humanitar dəstək” canfəşanlığının məntiqini anlaya bilmirəm. Ermənistan, Azərbaycan ərazilərində olan erməni separatçıları dövlətimizin təklif etdiyi sülhə gəlmədiyi halda, nəyə görə o rejimin də olduğu və hələ də silahı yerə qoymadığı əraziyə humanitar dəstək verilməlidir!? Ermənistan bunun üçün birinci növbədə öz silahlılarını geri çəkməli, qeyd-şərtsiz Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə imza atmalıdır. Azərbaycan həddən artıq humanistlik edib onun toqpaqlarını, insanlarını yandıran, qana boyayan erməni faşistlərinə kifayət qədər sülh təklifi, yaşamaq şansı vermədimi?!. Amma Ermənistan yenə də əvvəlki ampluasındadır. Bu dəfə başqa havaya oynayır. Sülhə gəlməyən, öhtəlikləri yerinə yetirməyn Ermənistana nəyə görə Azərbaycan ərazilərindən yol verilməlidir; istər əsas, istər alternativ olsun. Cinayətkar Ermənistanın cəzası nəinki Beynəlxalq Məhkəmələrdə verilir, əksinə bu təşkilatların ikilistandartlı yanaşmaları sayəsində erməni cinayətkarlarını bizin torpaqlarımızda azadlığa buraxıb yenidən cücərdilmələrinə şərait yaradıldığı cəhdlərini müşahidə edirik. Əgər beynəlxalq aləm ikilistandartla hərəkət edib, daha çox öz maraqları naminə cinayətkarı “silahlandırırsa” o zaman ədaləti bərpa etmək kimin üzərində qalır və qalmalıdır?"

 

Qeyd edim ki, Ermənistanın bölgədə gərginlik yaradaraq müxtəlif yollarla sülh müqaviləsini imzalamaqdan yayınması Azərbaycanı antiterror əməliyyatları davam etdirməyə məcbur edir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur