Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

03:00 20-01-2021 | icon 639 | Siyasət
Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

“Laçın dəhlizində postumuz olmsa, Azərbaycan Xankəndiyə nəzarət edə bilməyəcək”

 

44 günlük müharibədən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları Rusiya sülhməramlılarının himayəsi altında Qarabağdadır. Rusiya sülhməramlıları hələ də cinayətkar erməni qüvvələrini Azərbaycanın nəzarətində olmayan ərazilərdən çıxarmaq istəmir. Əksinə, separatçı rejimin rəhbəri heç bir məsuliyyətə alınmadan Xankəndidə fəaliyyətini davam etdirir. Görünən odur ki, Rusiya sülhməramlıları öz üzərinə düşən missiyanı düzgün yerinə yetirə bilmir. Ölkə ictimaiyyəti Rusiya hərb maşınının Qarabağda niyə ermənilərə himayəlik etməsinə aydınlıq gətirilməsini gözləyir.

 

Sülhməramlılar öz missiyasını nə dərəcədə yerinə yetirir və regiona sülh gətirəcəkmi?

Azərbaycan bütün ərazilərində öz bayrağını dalğalandırmaq üçün hansı addımları atmalıdır?

 

 

 

 

“Mən sülhməramlıların fəaliyyətini çox pis qiymətləndirirəm”

 

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Rusiyanın Qarabağda yerləşdirilən sülhməramlı qoşunu sülhyaratma missiyasını daşımır:

 

“Rusiyanın məqsədi yenə də Dağlıq Qarabağ məsələsini dondurmaq, yenə də  Ermənistanın tam məğlubiyyətinin qarşısını almaq, bölgədə özünün 200 il oynadığı oyunları davam etdirməkdir. Ona görə də mən sülhməramlıların fəaliyyətini çox pis qiymətləndirirəm. 10 noyabrda imzalanan razılaşmanı pozurlar. Mümkün qədər ermənilərin maraqlarına xidmət edirlər. Bu günə qədər Qarabağa bir dənə azarbaycanlı köçürülməyib, amma 40 mindən çox erməni köçürülüb. O ermənilərin kim və hansı millət olduğu, Azərbaycan vətəndaşı olub-olmadığı da məlum deyil”.

 

Partiya sədri hesab edir ki, rus sülhməramlıları Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə yaratdığı üçün təcili olaraq ərazilərimizdən çıxarılmalıdır:

 

“Rusiya işğalçılıq niyyəti ilə gəldiyi üçün Azərbaycan ərazilələrinin yiyəsi kimi danışır. Azərbaycan hökuməti sülhməramlı qüvvələri ərazidən çıxarmalıdır”.

 

S.Cəlaloğu bildirib ki, heç bir halda bunun nə dərəcədə mümkün ola biləcəyi məsələsi problem kimi qoyulmamalıdır:

 

“Məsələyə bu cür yanaşsaydıq, gərək Qarabağı da ermənilərə verəydik. Torpaqlarımızı qanımızla, canımızla azad etdik və o mübarizəni davam etdirib bütün ərazilərin tam azadlığına nail olmalıyıq. Sən torpağını qorumalısan, müdafiə etməlisən, vuruşmalısan, dünyanı ayağa qaldırmalısan. Ruslar Kırımı ilhaq edib qatıb öz ərazilərinə. Ukrayna hələ də Kırımı qaytarmaqla bağlı mübarizə aparır. Ruslar 200 ildir Azərbaycana qarşı hansı münasibətdədirlərsə, həmin münasibəti bu gün də davam elətdirirlər. Başqa yeni bir hərəkət yoxdur”.

 

 

 

 

“Sülhməramlıların ərazilərimizdəki qanunsuz fəaliyyəti onların...”

 

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti nə Azərbaycan, Rusiya və Ermənsitan rəhbərlərinin 10 noyabr 2020-ci il bəyannaməsinin müddəalarına, nə də BMT-nin sülhməramlılarla bağlı müəyyənləşdirdiyi prinsiplərə, həmçinin təşkilatın ümumi doktrinasına uyğun gəlmir:

“Beynəlxalq hüquqda sülhməramlı missiyaların əsas vəzifələrindən biri müşahidə apardıqları ərazinin aid olduğu ölkənin qanunlarının icrasını təmin etməkdir. Rusiya sülhməramlıları isə nəinki vəzifələrini icra etmir, de-fakto kapitulyasiya aktı təsirinə malik 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il Moskva bəyannamələrini imzalamaqla həm hüquqi, həm də fakti olaraq, 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərində işğalçı dövlət statusu ilə mövcudluğunu qəbul edən Ermənistanın hərbi birləşmələrinin Azərbaycan Respublikasının beynəlxalq səbiyyədə tanınmış əraziləri və sərhədləri daxilində mövcudluğuna şərait yaradır.

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki qanunsuz fəaliyyəti onların missiyasına son qoyulmasını, yaxud Azərbaycanın suveren hüquqlarına, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan ölkələrin BMT mandatı altında fəaliyyət göstərən missiyası ilə əvəzlənməsini zəruri edir. Artıq Moldova Respublikası da Rusiya sülhməramlılarının Dnestryanı ərazidən çıxarılması ilə bağlı hərəkətə keçib. Çünki Rusiya sülhməramlı missiyası Moldovanın qanuni ərazilərində fəaliyyətdə olduğu 18 il ərzində separatçıların mühafizəsi ilə məşğul olub, Moldovanın Dnestryanı üzərində suveren hüquqlarının təmin olunmasına imkan verməyib. Yəni Moskva bu əraziləri de-fakto öz nəzarətində saxlayıb. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki fəaliyyəti, separatçı və terrorçuların fəaliyyətinə, həmçinin işğalçı ölkənin qismən də olsa hərbi iştirakına şərait yaratması, Moskvanın Dnestryanı ssenarisi üzrə hərəkət etdiyinə şübhələr yaradır”.

 

Politoloq bu baxımdan da hesab edir ki, sülhməramlıların ölkəmizin ərazisində mövcuduğunu və onların konkret vəzifələrini, həmçinin müşahidə apardıqları ərazidə Azərbaycan qanunlarının icrasına görə məsuliyyət daşıdığını hüquqi öhdəliklər çərçivəsində müəyyənləşdirən addımların atılmasına ehtiyac var.

 

 

 

 

“Sülhmərmalı qüvvələrinin burada missiyası separtizmə dəstək vermək və...”

 

MCP sədrinin müavini, politoloq Məhəmməd Əlizadə bildirib ki, Rusiya Cənubi Qafqazda öz regional mövqeyini gücləndirmək və burada qalıcı olamq üçün Qarabağ müharibəsinin nəticələrindən istifadə etməyə çalışır:

 

“Azərbaycan onları Qarabağa dəvət edəndə 9 bəndlik bəyannamədə olduğu kimi, üzərlərinə götürüdüyü öhdliklərə uyğun olaraq fəaliyyət göstərəcklərində maraqlı idi. Amma biz tamam bunların əksini görürük. Demək, sülhmərmalı qüvvələrinin burada missiyası erməniləri müdafiə etmək, separtizmə dəstək vermək və burada erməni silahlı birləşmələrini qorumaqdır. Bu, prezident İlham Əliyevin və Türkiyənin ciddi narazılığına səbəb oldu. Çünki onların burada fəaliyyəti yeni münaqişə yaratmaqdır. Hesab edirəm ki, əgər Rusiyanın burada bu kimi fəaliyyətinin qarşısı alınmasa, yeni münaqişənin gələcək persktivdə baş verməsi mümkündür. Bu gün erməni rəsmilərinin Xankəndiyə gəlməsinə şərait yaradan da Rusiyadır. Bu, sülhə, atəşksə və əldə olunan razılaşmalara ziddir. Moskva görüşündə də ciddi nəticələrin olmaması Rusiyanın tutduğu mövqedən irəli gəldi. Bu gün Qarabağın müəyyən hissəsində silahlı erməni birləşmələrini qoruyan məhz sühmərmalı qüvvələrdir. Ümumiyyətlə, Rusiyanın Qarabağda sülhməramlı Qüvvələri yoxdur. Bu, hərbi kontingentdən ibarət erməniləri müdafiə edən və separatizmə dəstək verən hərbi qüvvələrdir”.

 

Politoloq hesab edir ki, Türkiyə ilə birgə Rusiya ilə danışıqlar aparamaq, xüsusilə Türkiyənin əlində olan müəyyən rıçaqlarla Rusiya sülhməramlılarının bu kimi fəaliyyətinin qarşısnı almaq lazımdır:

 

“Fikir versək, ermənilər burada özlərini rahat hiss edərək, Azərbaycana qarşı düşmənçilik edirlər. Rusiyanın əsas siyasi planı - burada Türkiyə və Azərbaycanla siyasi alver edəcək. Buna imkan vermək olmaz. Əgər Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət proqramı təsdiq olunmasa, Laçın dəhlizində postumuz olmsa, Azərbaycan Xankəndiyə nəzarət edə bilməyəcək. Rusiyada ermənilərin burada separartçı fəaliyyətinə dəstək verəcək. Hazırda ciddi fikir ayrılıqları yaşanır. Düşünürəm ki, bu istiqamətdə fəaliyyət olacaq. Hələ ki gözləmə mərhələsindəyik. İmkan verə bilmərik ki, yenidən erməni separtimizi baş qaldırsın”. /“həftə içi”/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları