Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

11:12 20-01-2021 | icon 556 | Siyasət
Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"Ramiz Mehdiyev indi həmin adama vəzifə verib"

 

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Ramiz Mehdiyev haqqında daha bir şok fakt açıqlayıb.

 

Versus.Az xəbər verir ki, MMP sədri “Xural”a verdiyi müsahibəsində Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasında apardığı kadr islahatı ilə bağlı dəhşətli faktdan danışıb.

 

Hafiz Hacıyev deyib ki, vaxtilə ermənilərə pasport verdiyinə görə polis sıralarından uzaqlaşdırılan, 1988-99-cu illərdə Yasamal Rayon Polis İdarəsində “pasportstolun” rəisi işləmiş, 1999-cu ildə polis orqanlarından qovulmuş Ağasiyev Rasim Mizi oğlu Ramiz Mehdiyev tərəfindən 11 il sonra vəzifəyə təyin olunub:

 

“Rasim Ağasiyevi hörmətli generalımız Məhərrəm Əliyev Bakı şəhər Baş Polis İdarəsinin rəisi olanda işdə yol verdiyi nöqsanlara və ermənilərə pasport verdiyinə görə işdən çıxarmışdı. Deməli, Azərbaycanda nə qədər erməni familiyasında olan adam varsa, Rasim Ağasiyev ona pasport vermişdi. Ramiz Mehdiyev indi həmin adama vəzifə verib. Onu Milli Elmlər Akademiyasında hüquq və kadrlar idarəsinin rəisi təyin edib. O da Akademiyada milli qüruru olan, qeyrəti olan, Azərbaycanı sevən insanları vəzifədən uzaqlaşdırır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR