Bu uşaqların məktəbə gəlməməsi üçün direktorlara RƏSMİ müraciət edilib

12:24 12-10-2018 | icon 536 | Sağlamlıq
Bu uşaqların məktəbə gəlməməsi üçün direktorlara RƏSMİ müraciət edilib

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) yerli şöbələri tərəfindən ölkədəki bütün orta məktəblərə qripə və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlər çərçivəsində filtr işinin təşkil edilməsi üçün müraciət edilib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı “2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrində qeyd edilən tədbirlərdən biri qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılmasıdır.

 

Bu əmrlə bağlı artıq RGEM-in yerli şöbələri nəzarətlərində olan bütün məktəblərin direktorlarını, tibb bacılarını, yaxud tibb bacılarının çalışdığı poliklinikaların baş həkimlərini məlumatlandırıb və onlara qripə qarşı işlərin görülməsi tapşırılıb:

 

“Artıq orta məktəblərdə bu istiqamətdə işlərə başlanılıb. Bu işlərdən biri məktəblərdə filter işinin təşkil olunmasıdır. Filtr işinin mahiyyəti odur ki, xəstə uşaq məktəbdən uzaqlaşdırılmalıdır. Bu iş məktəbdəki tibb işçisinin köməyi ilə təşkil edilir. Qış mövsümündə kəskin respirator infeksiyalara yoluxma ilə bağlı vəziyyət kəskinləşdikdə bu işə sinif rəhbərlərini də cəlb edirik”.

 

N.Brumendfard qeyd edib ki, şagird sayı çox olan məktəblərdə tibb bacılarının dərs başlamazdan əvvəl məktəbin girişində bütün şagirdlərin sağlamlıq vəziyyətini yoxlaması çətindir:

 

“Ona görə də biz bu işə məktəbin sinif rəhbərlərini də cəlb edirik. Hər gün səhər sinif rəhbəri öz sinfindəki uşaqların sağlamlıq vəziyyətini qiymətləndirməlidir. Uşaq özünü yaxşı hiss etmirsə, asqırır, öskürürsə, valideynə zəng edir və uşaq sinifdən kənarlaşdırılır. Yaxud da şagird tibb bacısına qızdırma və s. ilə bağlı müraciət edirsə, tibb bacısı ona qızdırmasalıcı dərman verərək yenidən sinfə göndərməməlidir. Belə şagird artıq sinifdən uzaqlaşdırılmalıdır”.

 

Həkim-epidemioloq əlavə edib ki, şəhər, rayon dezinfeksiya stansiyalarına yoluxma hadisələrinin sayı çox olacağı təqdirdə, məktəblərdə dezinfeksiya işlərinin aparılması üçün göstəriş də verilib.

Yoluxma ocaqları barədə hər ay onlara məlumatların verildiyini deyən RGEM rəsmisi bildirib ki, hazırda məktəblərdə yoluxma halları ilə bağlı narahatlıq olmadığı üçün hələlik dezinfeksiya işlərinə başlanılmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı