60 kilometrlik yarış kütləvi donvurma ilə bitdi - FOTO

12:16 21-01-2021 | icon 288 | İdman
60 kilometrlik yarış kütləvi donvurma ilə bitdi - FOTO

İsveçrədə “La Diagonela” marafonunda mənfi 20 dərəcədən aşağı temperaturda baş tutan yarış zamanı iştirakçıların əlləri və ayaqlarını don vurub.

 

Bu barədə “Matç” xəbər yayıb.

 

Bildirilir ki, bazar günü 60 kilometrlik yarışdan sonra xizəkçilər sosial şəbəkələrdə əllərində və ayaqlarında donvurmanın ikinci mərhələsində əmələ gələn suluq fotolarını paylaşıblar.

 

 

Marafon iştirakçılarından bəziləri xəstəxanaya yerləşdirilib, ikisini barmaqlarının amputasiyası gözləyir.

 

İsveçli xizəkçi Mixael Eklefdə nekroz inkişaf edib, o, ayaq barmağını itirə bilər.

 

Alman Patrik Ottilingerin iki barmağı amputasiyaya məruz qala bilər.

 

“Onları hiss etmirəm, barmaqlarımdan biri artıq göyərib. Həkimlərin sözlərinə görə indi edə biləcəyim tək şey onları qızdırmağa cəhd etmək, bir az aktivləşdirməyə çalışmaq və nəticədə onları həyata qaytarmağın mümkün olacağına inanmaqdır”, - deyə Ottilinger bildirib.

 

22 yaşlı fransız Tomas Joli şiddətli donvurmaya məruz qalıb. Onun dörd barmağına üçüncü dərəcəli donma, birinə isə ikinci dərəcəli donma diaqnozu qoyulub.

 

Yarışın gümüş mükafatçısı, norveçli Andreas Nyuqord da xəstəxanaya düşüb. O, “La Diagonela” marafonunu da əhatə edən “Visma Ski Classics” ümumi marafon seriyasının lideridir.

 

 

“Ski Classics” seriyasının qaydalarına görə, təşkilatçılar mənfi 25 dərəcədən aşağı temperaturda yarışı təxirə sala və ya formatında dəyişiklik edə bilərlər.

 

Seriyanın rəhbəri David Nilsson hesab edir ki, İsveçrədəki marafon təşkilatçılar yarışı ləğv etməmək barədə doğru qərar veriblər.

 

“Travma alan hər kəs üçün kədərlənirəm. Ancaq qaydalar aydındır və münsiflərin doğru davrandıqlarını düşünürəm. Xizəkçilərin geyim və avadanlıqlarını hava şəraitinə uyğunlaşdırması vacibdir. Uzun müddətdir ki, belə bir soyuqla qarşılaşmırıq, buna görə bəlkə də hamı buna tam hazır deyildi”, - deyə Nilsson vurğulayıb.

 

Qeyd edək ki, marafonu İsveç vətəndaşları Oskar Kardin və Yenny Larsson qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi