Azərbaycanlıların 1948 və 1988-ci illərdəki deportasiyası məsələsi AŞPA-da qaldırıldı

16:34 12-10-2018 | icon 432 | Siyasət
Azərbaycanlıların 1948 və 1988-ci illərdəki deportasiyası məsələsi AŞPA-da qaldırıldı

 

 

Millət vəkili, AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların bugünkü Ermənistandan, öz ata-baba torpaqlarından 1948 və 1988-ci illərdəki deportasiyası məsələsini qaldırıb. Millət vəkili AŞPA-da önəmli çağırışlar edib.

Versus.Az həmin çıxışı təqdimedir:

 

"Əziz dostlar 2018-ci il Azərbaycan tarixi üçün böyük önəm daşıyan tarixi bir hadisənin 100-cü ildönümü ilə yadda qaldı. Bütün müsəlman şərqində ilk dəfə Azərbaycanda qurulan ilk cümhuriyyətin, bütün şərqdə qurulan ilk parlamentin 100-cü ildönümünü dünyanın əksər beynəlxalq təşkilatlarının rəsmi nümayəndələri, onlarla xarici ölkənin yüksək vəzifəli təmsilçiləri ilə birlikdə qeyd etdk. Mən belə önəmli bir tarixdə Azərbaycanın yanında olan və gözəl fikirlərlə çıxış edən bütün ölkə və təşkilat təmsilçilərinə buradan təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan xalqının hələ 100 il əvvəl demokratik dəyərlərə nə qədər böyük önəm verdiyini göstərən amillərdən sadəcə birini bir qadın millət vəkili olaraq xüsusən qürurla vurğulamaq istəyirəm. Azərbaycan düz 100 il əvvəl qadınlara seçmək və seçilmək haqqını verəndə dünyanın əksər ölkələrində qadınlar təssüf ki bu haqlara malik deyildilər. Amma bütün bu uğurlarına baxmayaraq Azərbaycan xalqı böyük acılardan və əziyyətlərdən də keçib.

 

Böyük üzüntü ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın qədim bölgəsi olan İrəvanın zorla Azərbaycandan alınaraq Ermənistana verilməsinin də bu il 100 ili tamam olur. XIX əsrdə və XX yüzilliyin əvvəllərində ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi prosesini çar hökumətinin mötəbər arxivləri əsasında öyrənmiş rus araşdırıcısı N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi “Qafqazda Rusiya işinə yeni təhlükə” adlı kitabda göstərirdi ki, XX yüzilliyin əvvəllərində Qafqaza yaşayan 1 milyon 300 min erməninin 1 milyonu buranın yerli əhalisi deyil, Qafqazda ruslar tərəfindən köçürülmüşdür. 1931-ci ildə Moskvada nəşr edilmiş Zaqafqaziya xəritəsində Ermənistan ərazisindəki coğrafi adların 78,1 faizi Azərbaycan, yalnız 3,45 faizi erməni mənşəlidir. Amma Ermənistan rəsmiləri uzun illər etnik təmizləmə siyasəti apararaq azərbaycanlıları öz tarixi torpaqlarından zorla qovmaqla bərabər azərbaycanlılara məxsus tarixi-mədəni abidələri də məhv etmiş, yer adlarını dəyişmişlər.

 

Əziz dostlar, biz bu il 1948-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlının zorla öz evindən qovulmasının, deportasiyasının 70-ci ilinin tamam olmasını da unutmamalıyıq. Bu dəhşətli faciəni yaşayan azərbaycanlılar bir daha öz evlərinə dönə bilmədilər. Ermənistan rəhbərliyinin törətdiyi bu dəhşətli cinayətlərə beynəlxalq ictimayyətin ciddi təzyiqlərinin olmaması yeni cinayətlərin əsasını qoydu.

 

Əziz dostlar, mən böyük qəlb ağrısı isə qeyd etməliyəm ki, 1988-ci ildə Ermənistan rəhbərliyi dəhşətli bir etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən zorla qovdu. Bütün dünyanın gözləri qarşısında baş verən bu dəhşətli cinayətin bu il 30 ili tamam olur. Mən acılarla, gözüyaşlı Ermənistandan Azərbaycana pənah gətirən azərbaycanlı ailələrinin gözyaşlarını, acilarını heç bir zaman unuda bilmədim. Onların bir çoxu öz evlərinə dönə bilməmək acısı ilə dünyadan köçdülər. Bu günə qədər də on minlərlə azərbaycanlı qaçqının öz evlərinə dönə bilməsi haqları Ermənistan tərəfindən tanınmır. Mən təşkilatımızı bu məsələləri də gündəmdə saxlamağa və o insanların səslərini duymağa çağırıram. Onlar sizi pozulan haqlarının müdafiəsi istiqamətində dəstək olmağa çağırırlar.

 

Əziz dostlar, Ermənistan sadəcə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları bu ölkədən, tarixi ata-baba yurdlarından qovmaqla dayanmadı, azərbaycanlılara məxsus bütün tarixi-mədəni abidələri,qəbirstanlıqları dağıtdılar. Buna səssiz qalmamalısınız.”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol