Rusiyalı legioner ilk dəfə Azərbaycanı təmsil edəcək

13:43 21-01-2021 | icon 280 | İdman
Rusiyalı legioner ilk dəfə Azərbaycanı təmsil edəcək

18-20 fevralda İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək ilin ilk Böyük Dəbilqə turnirində iştirak edəcək cüdoçularımızın adları bilinib.

 

Versus.Az xəbər verir ki, cüdo millimiz 2021-ci ilin ikinci beynəlxalq turnirində geniş heyətlə təmsil olunacaq. Komandamız 12-si kişi, 4-ü qadın olmaqla 16 idmançı ilə Asiya ölkəsində mübarizə aparacaq.

 

İlk dəfə böyüklərdən ibarət millimizdə 21 yaşlı rusiyalı legioner Zelim Tskayev debüt edəcək. O, 2016-cı ildə Finlandiyada kadetlər (18 yaşadək) arasında keçirilmiş cüdo üzrə Avropa çempionatının və 2017-ci ildə Serbiyada baş tutmuş sambo üzrə gənclər arasında dünya çempionatının qalibidir. Tskayev həmin yarışlarda Rusiyanı təmsil edib.

 

O, Azərbaycanı ötən ilin noyabrın 23 yaşadək cüdoçuların Avropa çempionatında təmsil edib. Lakin Zelim həmin qitə birinciliyində bolqar rəqibinə qalib gəlsə də, gürcü rəqibinə uduzub.

 

Kişilər: Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi -60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi -73 kq), Hidayət Heydərov, Zelim Tskayev (hər ikisi -81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq)

 

Qadınlar: Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İrina Kindzerskaya (+78 kq)

 

Qeyd edək ki, indiyə olan duruma görə, 39 ölkənin 177 idmançısının adı sifariş olunub. Bunlardan 100-ü kişi, 77-si qadın cüdoçulardır. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı