"Siyavuş Novruzov üzr istəməlidir"

15:29 21-01-2021 | icon 445 | Siyasət
"Siyavuş Novruzov üzr istəməlidir"

Hafiz Hacıyev: "Gənclərin dövlətin üzərinə qaldırılmasının simptomlarını görürük"

 

Milli Məclisin deputatı Siyavuş Novruzov “Müsavat TV”-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı “Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər” fikri müzakirələrə və etiraza səbəb olub.

 

Versus.Az xəbər verir ki, Siyavuş Novruzovun tələbələrlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Ramiz Mehdiyevin təyin etdiyi deputat başqa söz deyə bilməzdi:

 

“Onların məqsədi Azərbaycan xalqını və gəncini dövlətin üzərinə qaldırmaqdır. Ölkənin aparıcı partiyanın ikinci və üçüncü simaları bu cür açıqlamalar verməsin. Onların hamısı qisas ruhunda tərbiyə almış insanlardır. İllərdir dövlətin və xalqın pulunu talan edərək özünə mal-mülk yığmış insanlardır. Ona görə də bu gün də xalqla məzələnirlər. Düşünürəm ki, cənab Prezident hər şeyi yaxşı görür və ona görə də onları yaxınına buraxmır. Siyavuş Novruzovun o cür danışması yolverilməz haldır".

 

Hafiz Hacıyev qeyd edib ki, Azərbaycan cəmiyyətinin həssas olduğunu və bu gün hər şeyə ciddi reaksiya verdiyini bilirlər. Partiya sədri hesab edir ki, bu adamlar xalqın hissi ilə oynayıb, qıcıqlandırırlar:

 

"Siyavuş Novruzovun tələbələrə dərsdən sonra təkər silmələrini, işləməli olduğunu söyləməsi təhqirdən başqa bir şey deyil. Düşünürəm ki, bu cür parlament və deputatlarla əldə etdiyimiz qələbələri rəsmiləşdirmək mümkün deyil. Onlar Azərbaycanda sabitliyi və inkişafı istəmirlər”.

 

Partiya sədri bildirib ki, komitə rəhbəri kimi Siyavuş Novruzov özünü lotu kimi aparır:

 

“Gülə-gülə və xalqla məzələnərək açıqlamalar verirlər. Azərbaycan tələbələri böyük kontingentdir. Siyavuş Novruzovu tələbələrlə bağlı dediyi sözə görə pəltək dilindən asmaq lazımdır. Çünki Azərbaycan tələbələrini bu cür təhqir etmək olmaz. Cənab Prezidentin bu gün tələbələrimizə necə dəyər verdiyini hər birimiz yaxşı bilirik. Bu açıqlama dövlət rəhbərinə olunan xəyanətdir. Onlar bu cür açıqlamalarla insanları qıcıqlandırırlar. Siyavuş Novruzova ar olsun. Siyavuş Novruzov tələbələr barədə o cür açıqlama verdiyi üçün onlardan üzr istəməlidir. Tələbələr və gənclər bizim fəxrimizdir".

 

44 günlük Vətən müharibəsində vuruşanların əksəriyyətinin gənclər olduğunu vurğulayan MMP sədri qeyd etdi ki, heç bir nazirin, deputatın yaxını nə gedib döyüşdü, nə də şəhid və qazi oldu:

 

"Bu baxımdan tələbələrin bu cür ələ salınması yolverilməzdir. Azərbaycan gəncliyinin dövlətin üzərinə qaldırılmasının simptomlarını görürük. Bu toyda qol qaldırıb-oynayan 5-ci kolonun orada cızdığı plandır. Orada tək toy keçirilmirdi. Həm də görüləcək işlərin planı cızılırdı. Məsələ ciddiləşir. 5-ci kolonun üzvləri olan bu cür xəyanətkarlar düşünürəm ki, cəzasız qalmayacaq".

 

H.Hacıyev bildirdi ki, təcili parlament buraxılmalıdır:

"Siyavuş Novruzovun bu fikri yersiz və tələbələri ələ salmaqdır. Düşünürəm ki, o, YAP-dakı vəzifədən çıxarılmasının heyfini bu cür çıxır. Onun bu açıqlaması ilə bağlı dövlət tərəfindən ciddi reaksiya verilməlidir”. /konkret.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər