Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi

16:56 21-01-2021 | icon 212 | Cəmiyyət
Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi

Bu il yanvarın 4-də itkin düşməsi ilə bağlı məlumat yayılan azyaşlı sığınacaqdan ailəsinə təhvil verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, itkin düşən azyaşlı yanvarın 6-da polis əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində tapılaraq Sabunçu rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ramana qəsəbəsində yerləşən “Nur” uşaq sığınacağına yerləşdirilmişdi:

 

"Araşdırmalar zamanı ailədə 12 yaşlı qızın valideynləri ilə münasibətlərində problemlərin olması müəyyən edilmiş və bu səbəbdən də uşaq və ailəsi Komitənin tövsiyəsi əsasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan psixoloji reabilitasiyaya cəlb olunub. Bu gün Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin nümayəndələri ailə ilə yenidən görüş keçirmiş və nəticədə azyaşlı qız doğmaları ilə bir yerdə yaşaması üçün hər hansı bir problemin mövcud olmadığı nəzərə alınaraq o, ailəsinə təhvil verilib. Məsələ müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür