Azərbaycanda dəhşətli cinayət

10:47 22-01-2021 | icon 284 | Hadisə
Azərbaycanda dəhşətli cinayət

Şəmkirdə güllələnmə hadisəsi baş verib.

 

Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, hadisə yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonu, Qədimqala kəndində baş verib.

 

Kənd sakini, 1985-ci il təvəllüdlü Alıyev Bəxtiyar Adil oğlunun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu, 1980-ci il təvəllüdlü Aslanov Vasif Elman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq, Bəxtiyar Alıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Vasif Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”