""Yaşat" fondunun missiyası, nizamnaməsi və yanaşması dəyişməlidir"

16:52 22-01-2021 | icon 300 | Cəmiyyət
""Yaşat" fondunun missiyası, nizamnaməsi və yanaşması dəyişməlidir"

Razi Nurullayev: "Əlillik verilmir ki, görək sən müalicədən sonra neçənci qrupa düşürsən"

 

İmişlinin Əlyetməzli kəndindən yaralı Həşimov Qismət Razim oğlu uzunsürən komadan ayılandan sonra millət vəkili, MCP sədri Razi Nurullayev onu palatada ziyarət edib.

 
 
Versus.Az xəbər verir ki, Razi Nurullayev yaralının valideynləri ilə hər gün əlaqə saxlayıb.
 
Millət vəkili bununla bağlı şəxsi "facebook" hesabında paylaşım edib:
 
 
"Allah möcüzə etdi və yaralımız komadan çıxdı. İndi müalicəsi davam edir, ağır yanıq xəsarətləri, travmalar alıb. İnşallah, tezliklə müalicə olunub evinə dönəcək".
 
 
R.Nurullayev hərbi qospitalda yaralılarla da görüşüb. Qospitalın həyətində çarəsiz valideynləri də görüb:
 
 
"Nə hala düşdüyümü sözlə deyə bilməyəcəm. Amma deməliyəm ki, o qədər problemlər var ki, sayı-hesabı yox. Şəhid ailələri, yaralılar, müharibə iştirakçıları "baş tacımızdır" deməklə baş tacı olmurlar. Gedin hərbiçilər yatan xəstəxana və qospitalların önünə və valideynləri görün. Yaralı orada olduğu müddətdə problemlər yoxdur, darvazadan çölə çıxan kimi cəhənnəm sakinlərinə çevrilirlər. O valideynlər övladlarının hər həftə hansı xərclə maşın tutub evə aparsınlar, xəstəxanaya gətirsinlər və qulluq etdikləri hərbi hissələrə aparsınlar?
Onlar hansı pulla onların müalicəsini evlərində davam etdirinslər?
 
Valideynlər övladları xəstəxanalarda canı ilə çarpışan zaman onlar da bu soyuqda xəstəxana qapılarında canları ilə əlləşsinlər? Bəs bu valideynlərin əhvalı, gecələməsi, qayğısı, yeməyi-içməyi ilə kim məşğul olsun? Belə baş tacı olur?
 
Hər bir yaralı uzun aylar və illər müalicə edilir və onlara pensiya təyin edilmir, əlillik dərəcəsi verilmir ki, hələ müalicəsi gedir. Bəzisinin qıçı yoxdur, qolu yoxdur, gözü yoxdur, amma əlillik verilmir ki, görək sən müalicədən sonra neçənci qrupa düşürsən. Bəs bu aylar, illər ərzində barmağını sorsun?"
 
 
Millət vəkili bildirib ki, "Yaşat" fondunun missiyası, nizamnaməsi və yanaşması çox tez dəyişməlidir:
 
 
"Çox yaralının bir ay, iki ay gözləmək həvəsi və imkanı yoxdur. Çox narazıyam, çox və çox! Bu məsələlərə kompleks yanaşma olmasa, vay hamımıza".
 
 
R.Nurullayev hərbi qospitalın bütün həkimlərinə və kollektivinə ürəkdən təşəkkür etdiyini vurğulayıb:
 
"Çox bacarıqlı həkimlər var. Təminat da yüksək səviyyədə. Qospitalın rəisi Vüqar müəllimə, müavinlərinə, bizi qarşılayıb yola salan Taleh müəllimə təşəkkür edirəm".
 
 
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”