Həzi Aslanovun xatirəsi yad edildi - VİDEO

19:25 22-01-2021 | icon 36 | Cəmiyyət
Həzi Aslanovun xatirəsi yad edildi - VİDEO

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Azərbaycan xalqının dünya hərb tarixinə bəxş etdiyi görkəmli sərkərdələrdəndir. Sovet ordusunda, o cümlədən Böyük Vətən müharibəsində müstəsna yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Cinahlardan zərbələr ustası kimi tanınan qəhrəman həmyerlimiz haqqında marşallar, generallar, zabitlər həmçinin onun komandirlik etdiyi hərbi hissələrin sıravi döyüşçüləri belə həmişə fəxrlə söhbət açmış, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik bir şəxsiyyət, sərkərdə, əfsanəvi qəhrəman, hər şeydən öncə, içdiyi hərbi anda, vətəninə, xalqına sadiq bir insan və qətiyyətli general kimi qiymətləndirmişlər.

 

Versus.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

Həzi Aslanov şəxsiyyətinə və qəhrəmanlığına ən yüksək qiyməti, dəyəri, xalqımızın ümummilli lideri Heydər Əliyev vermiş və onun adı ölkəmizdə, eləcə də respublikamızın hüdüdlarından çox-çox uzaqlarda əbədiləşdirilmişdir. Heydər Əliyevə görə, Həzi Aslanov böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə faşizm üzərində qələbəyə həsr olunmuş tədbirlərə hər il görkəmli hərbi sərkərdə Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən tədbirlərlə start verilərdi.

 

Unudulmaz Liderimiz məsləhət görərdi ki, Həzi Aslanov kimi oğulların igidlikləri həmişə gənclərimiz üçün nümunə olsun, döyüşçülərimiz öz atalarının, babalarının qəhrəmanlıq tarixini yaxşı öyrənsin, ondan nəticələr çıxarsın və öz əsgəri, hərbi fəaliyyətlərində istifadə etsinlər. Çünki atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnəkdir.


Bu ənənə bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni nəslin döyüş və qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi ideoloji fəaliyyətdə prioritet məsələlərdəndir.

 

Azərbaycan Respublikası Prezidentinin “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” 29 dekabr 2019-cu il tarixli Sərəncamında qeyd edilir ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

 

“Dəmir yumruq” əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin müjdəsi ilə bu gün Şəhidlər Xiyabanına, görkəmli hərbi xadim Həzi Aslanovun anadan olmasının 111-ci ildönümü münasibətilə keçirilən mərasimə gələn Müdafiə Nazirliyinin rəsmiləri, Bakı Qarnizonu hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteran tankçılar və Vətən müharibəsinin iştirakçıları olan tankçılar unudulmaz sərkərdənin məzar-abidəsi önünə Müdafiə Nazirliyi adından əklil qoymuş və ehtiramlarını bildirmişlər.

 

Anım mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Ulu öndər Heydər Əliyevin “Tarix tarixdir və 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının tarixində çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq... Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur” fikrini xatırladıb və tədbir iştirakçılarına görkəmli hərbi xadim Həzi Aslanovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib.

 

Nəzərə çatdırılıb ki, ötən il ərzində Azərbaycan Respublikası Prezidentinin “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində uğurla yerinə yetirilmişdir. Həzi Aslanov kimi qəhrəmanların davamçıları olan yüzlərlə, minlərlə igid oğullarımız Vətən müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərərək tarixi və əzəli torpaqlarımızı işğaldan azad etmiş, üzərinə “Həzi Aslanovçular” yazılmış tanklarımız döyüş meydanlarında ata və babalarımızın qəhrəmanlıqlarını bir daha təkrarlamışlar. Neçə-neçə silahdaşımız şəhid olsa da, onların qələbəyə inamı azalmamış, “Dəmir yumruğumuz” düşmənə sarsıdıcı və dağıdıcı zərbələr vurmuşdur. Möhtərəm Prezidentimizin qətiyyətlə dediyi kimi “Dəmir yumruq” yenə də yerindədir.

 

Tankçı Veteranlar İctimai Birliyinin sədri, ehtiyatda olan zabit Hacı Əzimov, Vətən müharibəsinin tankçı iştirakçılarından kapitan Orxan Həsənov və başqaları çıxış edərək Həzi Aslanovun davamçıları olan Azərbaycan tankçılarının döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan geniş söhbət açıblar.

 

Aslanovlar ailəsi adından çıxış edən Emin Aslanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

 

Səhhəti ilə bağlı mərasimdə iştirak etməyən görkəmli sərkərdənin nəvəsi polis general-mayoru Həzi Aslanov telefon açaraq bir daha ölkə rəhbərliyinə, eləcə də tədbirin təşkilatçılarına Aslanovlar ailəsi adından təşəkkür edib və bütün xalqımız kimi onların da Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bildirib.

 

Xəbər lenti

Qənirə Paşayeva konfransda dünya azərbaycanlılarına çağırış etdi

"Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq"

"Ən vacib amillərdən biri itkilərin az olması idi"

VHP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

 “Rusiya öz hərbi bazasında Ermənistan üçün yeni ordu yaradır” - MÜSAHİBƏ

ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açdı

Deputatdan yaşlı qadınların küçələri qardan təmizləməsinə NARAZILIQ

“Xocalı Nişanəsi” adlı qısametrajlı film təqdim edilib

“Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək

Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Komitə sədri QMƏVŞİB Tovuz rayon şöbəsinin sədri və şəhid ailəsi ilə görüşüb

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Azərbaycan və Pakistan parlament dostluq qrupları Xocalı soyqırımına həsr olunmuş görüş keçirib

XOCALI SOYQIRIMI Türkiyə Böyük Millət Məclisində ANILDI

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

"Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri dost olduğu ermənilərə desin"

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Ölüm qorxusu - Həyat eşqi

880 yaşlı söz bağçasının həmişəbahar gülləri...

Suqovuşanda bir nəfər minaya düşdü

Əliyar Ağayev Superliqa matçında VAR hakimi olacaq

Tələbələrin NƏZƏRİNƏ

“Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”

“NASA”nın kosmik aparatı Mars planetinə eniş etdi

Millət vəkili şəhid Teymur Abbasovun ailəsi ilə görüşüb

Bu telekanalları izləyənlər CƏRİMƏLƏNƏCƏK

“Milan” son anda üzüldü

Tramp tərəfdarlarının yeni iğtişaşa hazırlaşdığı ehtimal edilir

“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb