"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

13:17 15-10-2018 | icon 446 | Cəmiyyət
"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

"Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov “Dini mərasimlər: tarix, ənənə və hüquq” adlı tədbirdə deyib.

 

S.Novruzov bildirib ki, mərasimlər elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin, uyğunluq təşkil etsin, israfçılığa yol verilməsin, hər kəs öz imkanına uyğun mərasim keçirə bilsin.

 

Millət vəkili qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu iştiqamətdə iş aparır, çağırışlar edir:

 

"Artıq Naxçıvanda və bəzi rayonlarda dini mərasimlər sadələşdirilmiş formada keçirilir. Lakin hələ də bir çox rayonlarımızda israfçılığa yol verilir. Bu istiqamətdə iş aparılmalıdır. Cəmiyyəti inandırmalıyıq ki, mərasimlərdə israfçılığa yol vermək lazım deyil, dində də belə bir şey yoxdur. Elə etməliyik ki, insanlar mərasimdən sonra uzun müddət bunun əziyyətini çəkməsin, borc içində qalmasınlar. Azərbaycanda yas mərasimləri əvvəllər 40 gün keçirilirdi, lakin sonra zaman-zaman sadələşdirildi və hesab edirəm ki, bundan sonra da sadələşdirilməlidir”.

 

Məzarlıqlar haqqında danışan S.Novruzov bildirib ki, bununla bağlı sənəd təsdiq olunmalıdır:

 

“Bu sənəd təsdiq edildikdən sonra maddi vəziyyətindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol