Şəhid ailələri ilə bağlı məsələ müzakirə ediləcək

10:46 23-01-2021 | icon 253 | Siyasət
Şəhid ailələri ilə bağlı məsələ müzakirə ediləcək

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçiriləcək.

 

Versus.Az xəbər verir ki, iclasda komitənin 2020-ci ilin payız sessiyasında gördüyü işlər barədə hesabat dinləniləcək.

 

Bundan sonra isə komitənin 2021-ci il yaz sessiyasına dair iş planı müzakirə ediləcək.

 

Bununla yanaşı “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, layihəyə əsasən, Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin siyahısı genişləndirilir.

 

Qanunun qüvvədə olan variantına əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkənlərin siyahısına əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər daxildir.

 

Eyni zamanda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

 

Layihədə isə həmin kateqoriyadan olan insanların siyahısına şəhid ailəsinin üzvləri də daxil edilir.

 

Həmçinin sosial iş yerlərinin təşkili və özünüməşğulluğa kömək göstərilməsi zamanı da şəhid ailələrinə üstünlük verilməsi təklif edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol