Qənirə Paşayeva bir qrup gənc rəssam və heykəltaraşla görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssam və heykəltaraşla Mədəniyyət Komitəsində görüşüb, onların yaradıcılıq planları və qayğıları ilə maraqlanıb.
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva ölkə Prezidentinin 2021-ci ili Nizami İli, Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsini, Xarıbülbül və Vaqif Poeziya Günlərinin bərpasını yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltaraşlar üçün də bir çağırış - yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib.
Gənc heykəltaraş və rəssamları düşmən üzərində tarixi zəfərimizi öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Q.Paşayeva, özünəxas ənənələri olan Azərbaycan heykəltaraşlıq və rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, yaradıcı gənclərə uğurlar arzulayıb.
Görüşdə iştirak edən Azər Nəcəfov, Arslan Məmmədov, Nərmin İsmayılzadə, Süsən Heydərova, Gülü Baxşəliyeva, Elxan Zeynalov səmimi görüş üçün Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya təşəkkür edib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"