""Camaat nə deyər?!" prinsipi..."

13:31 15-10-2018 | icon 478 | Cəmiyyət
""Camaat nə deyər?!" prinsipi..."

"Bütün gənclər dinə sadiq olmalı, dini mərasimlərdən xəbərdar olmalı, ritualları bilməlidir".

 

Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

M.Qurbanlı deyib ki, bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur:

 

"Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israflığa yol verir. "Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, Allah nə deyir? Dinimiz nə buyurur?".

 

Komitə sədri qeyd edib ki, müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, bu məsələyə dövlət müdaxilə edəcək:

 

"Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər. Gənclərin adi salavat çevirə bilməməsi maariflənmənin nisbətən az olduğundan xəbər verir. Odur ki, maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI