Deputat Milli Məclisdə şəhid atası ilə görüşüb

10:28 25-01-2021 | icon 258 | Cəmiyyət
Deputat Milli Məclisdə şəhid atası ilə görüşüb

Qənirə Paşayeva: "Övladınız artıq bütün Azərbaycana əzizdir, doğmadır"

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Alakol kəndinin sakini, qəhrəman şəhid Cavid Hüseynovun atası Hümbət Hüseynovla Milli Məclisdə görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili şəhid atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb:

 

“Əziz şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib. Dövlət başçısı oğlunuzu medallarla təltif edib. Oğlunuz və silahdaşlarının sıralarında döyüşdüyü Ordumuzun rəşadəti sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

 

Q.Paşayeva şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…