“Putin iqtidarı aksiyaları köhnə metodlarla söndürə bilmir”

16:10 25-01-2021 | icon 652 | Geopolitika
“Putin iqtidarı aksiyaları köhnə metodlarla söndürə bilmir”

Mütəllim Rəhimli: “Bunu Rusiyanı idarə edən komandanın bölünməsi də adlandırmaq olar”

 

“Rusiyada Navalnının çağırışı ilə iri şəhərlərdə minlərlə insanın mitinqə çıxması rejimə qarşı ciddi etirazların başlanğıcı sayıla bilər. Rusiyalılar Putinin illərdi davam edən avtoritar və korrupsiyalaşmış rejimindən beziblər. Xüsusilə, Sankt-Peterburqda kütləvi etirazın keçirilməsinə ötəri baxmaq olmaz. Bunu Rusiyanı idarə edən komandanın bölünməsi də adlandırmaq olar.

 

Versus.Az xəbər verir ki, bunu Rusiyada baş verən siyasi proseslərlə bağlı açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib.

 

Onun sözlərinə görə, aksiyalar ilkin mərhələdə olsa da, gələcək inkişaf tendensiyası haqqında nikbin fikir söyləməyə imkan verir:

 

“Rus xalqı istismara və üzərində ağalıq edən harınlamış, qanunlara məhəl qoymayan qüvvələrə uzun müddət dözməyəcək. İctimai fikir artıq oyanmaqda və nələrin baş verdiyini dərk etməkdədir. Yeni informasiya texnologiylarından bəhrələnməklə keçirilən bu aksiyaları Putin iqtidarı köhnə metodlarla söndürə bilmir”.

 

M.Rəhimli qeyd edib ki, ABŞ-ın prezident Bayden dönəmində demokratiyanı daha çox prioritet hesab etməsi avtoritar rejimləri mütləq süquta uğradacaq:

 

“Təkcə Rusiyada deyil, onun müttəfiqləri olan ölkələrdə də xalqlar azadlıq əldə edəcəklər. Trollarla, yalanlarla və sərt tədbirlərlə rejimlər uzun müddət yaşaya bilməz. Əvəz oluna bilməyəcək lider, komanda və iqtidar yoxdur”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”