"Rusiyanın Qarabağda anti-terror təlimləri erməniləri müdafiə etməkdir"

17:19 25-01-2021 | icon 755 | Geopolitika
"Rusiyanın Qarabağda anti-terror təlimləri erməniləri müdafiə etməkdir"

Məhəmməd Əsədullazadə: "Rusiya vəziyyəti mürəkkəbləşdirir, ermənilərin müdafiəsini həyata keçirir"

 

"Rusiya "sülhməramli" qüvvələrinin Qarabağda anti-terror təlimlərini keçirməsi, birbaşa Azərbaycan ərazisində qanunsuz hərbi təlimləridi. İlk növbədə sülhməramli qüvvələrin belə bir təlim keçirməsi sual doğrur. Bu kimi təlimlər onların missiyası ilə uyğun gəlmir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında MCP sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
 
 
Onun sözlərinə görə, Rusiya "sülhməramlı" qüvvələri ilk gündən burada hərbi təlimlər keçirib. İndisə, bu təlimlərə fərqli don geyindirməyə çalışır:
 
 
"Bu təlimlərlə sülhməramlı qüvvələr kimlərdən özlərini müdafiə edir?! Hazırda Qarabağda üçtərəfli Bəyannaməyə zidd olaraq silhahlı, qanunsuz erməni silahlı birləşmələri fəaliyyət göstərir. Burada onların əsas planı Azərbaycana qarşı terror və təxribat həyata keçirməkdir. Son Hadrut terror təxribatları buna sübutdur. Və bu təxribatlarda Azərbaycan əsir götürülən silhahlı erməniləri haqlı olaraq terrorçu kimi mühakimə edir. Bu, beynəlxalq hüquq çərçivəsinə uyğundur".
 
 
Politoloq qeyd edib ki, Rusiya anti-terror təlimlərdə maraqlıdırsa, ilk növbədə burada silahlı erməni birləşmələrinə qarşı və onların buradan çıxarılması üçün anti-terror təlimi keçirilməlidir. Yoxsa, ermenileri müdafiə etmək üçün təlimlər keçirməklə, haqlı olaraq onların fəaliyyəti deusturiktiv qiymətləndirilmədir:
 
 
"Əgər, silahlı erməni birləşmələrini cıxarsalar, regionda sülhün və təhlükəsizliyin təminatı kimi çıxış edə bilərdilər. Bununla da Azərbaycan ictimaiyyətinin dəstəyini alardılar. Amma Rusiya tərəfi vəziyyəti mürəkkəbləşdirir, sülhməramlı kimi deyil, birtərəfli olaraq ermənilərin müdafiəsini həyata keçirir.
Bu kimi "anti-terror" adında keçirilən təlimlərin əsas məqsədi burdakı hərbi kontingentin döyüş hazırlığını inkişaf etdirmək, həmçinin buradakı silahlı erməni birləşmələrinə də təlim keçirməkdir".
 
 
M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan üçün Qarabağ ətrafında bu il situasiya mürəkkəb olaraq qalacaq. Onun sözlərinə görə, ABŞ administrasiyasının erməni lobbisinin təhriki ilə müəyyən təzyiqləri, Fransanın erməniləri dəstəkləməsi, Rusiyanın Qarabağda hərbi təlimləri göstərir ki, Minsk qrupunun üç həmsədri birbaşa erməniləri müdafiə edir:
 
 
"Bu kimi təzyiqləri neytrallaşdıracaq addımlar Azərbaycan və Türkiyə birgə siyasi -hərbi ittifaqı möhkəmləndirməsi, Pakistanla hərbi ittifaq müqaviləsi bağlanmalıdır. Azərbaycan və Türkiyə Rusiya ilə sülhməramlı qüvvələrinin mandatının müəyyənləşdirilməsi üçün danışıqlar aparır. Müqavilə çərçivəsində burada onların fəaliyyəti nizamlanmalıdır. Rusiya bu təlimlərnən bu kimi müqavilədə maraqlı olmadığını mesajını verir. Rusiya ilə belə bir müqavilə bağlanması, oradakı separtizmə böyük zərbə olacaq. Müqavilənin bağlanması Azərbaycanın Dağlıq Qarabağda vəziyyəti təyin etməsi deməkdir. Ona görə də bu il Rusiya ilə sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı dəqiqləşmələr aparılmalı və sənəd halına salınmalıdır".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı