Azərbaycan İnvestisiya Şirkəti yenilik edib - FOTO

13:13 26-01-2021 | icon 403 | İqtisadiyyat
Azərbaycan İnvestisiya Şirkəti yenilik edib - FOTO

“Azərbaycan İnvestisiya Şirkəti” ASC rebrendinq edib.

 

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılması, yüksək əlavə dəyərli layihələrin maliyyələşdirilməsi və dəstəklənməsi ilə məşğul olan “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətində (AİŞ) 2020-ci il ərzində restrukturizasiya həyata keçirilib.

 

Restrukturizasiya prosesi çərçivəsində AİŞ-in daxili strukturu təkmilləşdirilib, şirkətin yeni investisiya və risklərin idarə olunması siyasətinin, yeni inkişaf strategiyasının hazırlanması, investisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının, digər normativ sənədlər və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb.

 

Bununla yanaşı, AİŞ rebrendinq edərək yeni şirkət loqosunu təqdim edib və rəsmi internet səhifəsini yeni dizaynda istifadəyə verib.

 

Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” Sərəncamı ilə yaradılıb.

 

AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və bununla Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsinə töhfə verməkdir. AİŞ yerli və xarici investisiyaları, müasir texnologiyaları, “know-how” və elmi yenilikləri Azərbaycana cəlb etməklə, ölkədə rəqabətə davamlı, müasir və səmərəli iqtisadiyyatın inkişafı, habelə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF