Pensiyalar fevraldan artımla veriləcək

15:19 26-01-2021 | icon 390 | İqtisadiyyat
Pensiyalar fevraldan artımla veriləcək

“Bu il bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində təqaüdçülərin pensiyaları indeksləşdiriləcək. Bu proses hər il olur. Fevral ayının ödənişi aparılan zaman vətəndaşlar pensiyanı yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar”.

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib. 

 

Şöbə müdiri əlavə edib ki, indeksləşdirmə yanvarın 1-dən hesablanacaq:

 

“Buna görə də artım da yanvarın 1-dən hesablanacaq. Yanvar artımları fevralın pensiyası ilə birlikdə təqaüdçülərin bank hesablarına köçürüləcək”.

 

B.Hüseynov qeyd edib ki, hər il pensiyaların sığorta hissəsi ötən ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir:

 

“Ötən ildə 2019-cu ilin yekununa əsasən, indeksləşdirmə 16,6 faiz olub. Cari ildə də indeksasiya olunacaq. Yaxın günlərdə bu barədə ictimaiyyətə açıqlama veriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol