Velosiped millimiz bir aylıq Türkiyəyə getdi

15:32 26-01-2021 | icon 662 | İdman
Velosiped millimiz bir aylıq Türkiyəyə getdi

Şose velosipedi üzrə elit, U-23 və gənclərdən ibarət yığma komandalarımız Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyənin Alanya bölgəsinə yola düşüb.

 

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında fevralın 5-dək davam edəcək hazırlıq prosesində 10 idmançımız iştirak edəcək.

 

Təlim-məşq toplanışının ardınca komanda üzvlərimiz fevralın 6-dan 22-dək Alanya və Antalya bölgələrində təşkil ediləcək müxtəlif kateqoriyalı beynəlxalq yarışlarda iştirak edəcəklər. Ölkəmizin elit yığma komandasının üzvü, Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov da Türkiyənin “Salcano Sakarya” kontinental klubunun heyətində Alanyada hazırlıq prosesinə qatılıb.

 

Vahid idman təqvim planına əsasən, 2021-ci ildə yığma komanda üzvlərimiz Tokio Yay Olimpiya Oyunları, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa çempionatları, həmçinin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında keçiriləcək xeyli nüfuzlu beynəlxalq yarışlarda iştirak etməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı