Harri Potterin macəraları barədə serial hazırlanacaq

09:12 27-01-2021 | icon 605 | Film
Harri Potterin macəraları barədə serial hazırlanacaq

ABŞ-ın HBO teleşirkəti sehrbaz Harri Poterin macəraları barədə serial hazırlayacaq.

 

Bu barədə “Hollywood Reporter” xəbər yayıb.

 

Bildirilir ki, hazırda şirkət franşizanın sahibi “Warner Bros.” film studiyası ilə birlikdə ssenaristlər axtarır və onlarla yeni seriallar üçün ideyaları müzakirə edir.

 

Ancaq tərəflər arasında yalnız danışıqlar aparılır, heç bir razılaşma əldə olunmayıb.

 

O da vurğulanır ki, bir neçə vəziyyət layihənin həyata keçirilməsinə mane ola bilər. Birincisi Harri Potter kitablarının müəllifi Coan Roulinq serialın yaradılması fikrini təsdiqləməlidir.

 

Bundan sonra şirkətlər Harri Potter ilə əlaqəli filmlərin və müxtəlif məzmunun yayımlanmasına dair müqaviləyə sahib olan “NBCUniversal” media korporasiyası ilə danışıqlar aparmalıdır.

 

Harri Potter barədə kitablar seriyası (1997-2007) 400 milyon nüsxə tirajla nəşr olunub və 65 dilə tərcümə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür