Mədəniyyət komitəsinin sədri şəhid Cəmil Səlimovun ailəsi ilə görüşüb

10:26 27-01-2021 | icon 292 | Cəmiyyət
Mədəniyyət komitəsinin sədri şəhid Cəmil Səlimovun ailəsi ilə görüşüb

Milli M'clisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Cəmil Səlimovun ailəsi ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Xəzər rayonunun Binə qəsəbəsinin sakini, Vətən Müharibəsinin şəhidi, gizir Cəmil Oqtay oğlu Səlimovun anası Təranə Səlimova və şəhid ailəsinin digər üzvləri ilə Milli Məclisdə görüşüb, şəhidin anasını və ailə üzvlərini işğalçı Ermənistan üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb:

 

“Əziz şəhid anası, sizi tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm! Sizin oğlunuz Vətən Müharibəsində fədakarlıqla iştirak edib, özünü Vətən uğrunda fəda edib. Oğlunuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib. Dövlətimiz, xalqımız Cəmil kimi qəhrəman hərbçilərimizi unutmur və heç zaman da unutmayacaqdır. Bir daha sizi tarixi zəfər münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür