"Canından keçən və sağlamlığını qurban verən döyüşçülərimizə borcluyuq"

10:40 27-01-2021 | icon 362 | Cəmiyyət
"Canından keçən və sağlamlığını qurban verən döyüşçülərimizə borcluyuq"

Fuad Əliyev: "Şəhid ailələri və qazilərə bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir"

 

“Azərbaycan xalqının hər bir fərdi Vətən müharibəsində qələbənin əldə edilməsi üçün canından keçən, sağlamlığını qurban verən döyüşçülərimizə borcludur. Buna görə də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazilərə təkcə dövlət deyil, bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir”. 

 

Versus.Az xəbər verir ki, bunu "Yeni Azərbaycan" qəzetinə açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri deyib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində şəhid ailələrinin və qazilərin problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən davamlı addımlar atılır:

 

“Məlum olduğu kimi, I Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər verib, yaralı hərbçilər dövlət tərəfindən qayğı ilə əhatə olunub. Sözsüz ki, Vətən müharibəsindən sonra da şəhid ailələrinin və qazilərin sosial müdafiəsi ilə əlaqədar dövlət tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapır”.


F.Əliyev qeyd edib ki, bütün dünyanı cənginə alan pandemiya dövründə belə dövlət tərəfindən şəhid ailələri və əlillər üçün nəzərdə tutulan sosial layihələrin həyata keçirilməsi Azərbaycan Prezidentinin bu məsələlərə nə qədər həssas yanaşdığını göstərir:

 

“Eyni zamanda cəmiyyətin bütün təbəqələri həmin kateqoriyadan olanların təminatı üçün əlindən gələn köməyi etməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin