“Qaçqınkom”da bu şöbələr ləğv edildi

13:23 27-01-2021 | icon 1245 | Gündəm
“Qaçqınkom”da bu şöbələr ləğv edildi

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

 

Belə ki, Hüquq və İnsan resursları sektorları ləğv edilərək, onların bazasında Hüquq və kadrlar şöbəsi yaradılıb.

 

Miqrasiya, məşğulluq və status şöbəsi isə Regional idarəetmə və status şöbəsi ilə əvəzlənib, həmçinin, ayrıca Məşğulluq sektoru yaradılıb.

 

İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin İnformasiya texnologiyaları və Elektron idarəetmə sektorları birləşdirilib.

 

Sosial təminat və kommunal xidmətlər şöbəsinin tərkibindəki Sosial təminat və kommunal xidmətlər sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni Monitorinq şöbəsi yaradılıb. 

 

Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib. 

 

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 noyabr tarixli 652s nömrəli Sərəncamı əsasında Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...